Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANDAN AVROPAYA KÜTLƏVİ AXIN BAŞLAYA BİLƏR

AZƏRBAYCANDAN AVROPAYA KÜTLƏVİ AXIN BAŞLAYA BİLƏR


13-01-2012, 13:45
AZƏRBAYCANDAN AVROPAYA KÜTLƏVİ AXIN BAŞLAYA BİLƏR

KOBİA BELƏ DÜŞÜNMÜR

“Viza rejimi sadələşdirdildikdən sonra Azərbaycan vətəndaşlarının kütləvi şəkildə Avropaya miqrasiya edəcəyini düşünmürəm. Azərbaycanın başqa ölkələrdə Avropaya miqrasiya üçün tranzit ölkə rolunu oynaması isə başqa məsələdir”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia verib.

O bildirib ki, Azərbaycandan Avropaya kütləvi miqrasiyanın olmayacağı ehtimalı yüksəkdir: “Azərbaycan əhalisi o qədər də çox deyil və vətəndaşlar ölkədə həyat səviyyəsindən razıdırlar. Lakin Azərbaycanın miqrasiya üçün tranzit ölkəyə çevrilə biləcəyi Bakıda keçiriləcək danışıqlarda müzakirə olunacaq. Çünki biz həmçinin readmissiya barədə də danışıqlar aparacağıq. Readmissiya onu nəzərdə tutur ki, Avropa Birliyi ərazisinə qanunsuz miqrasiya etmiş heç də bütün qeyri-Azərbaycan vətəndaşların Azərbaycan tərəfindən öz ölkələrinə qaytarılmayacaq Danışıqların başa çatması siyasi iradənin ortaya qoyulmasından asılıdır. Gürcüstanla viza rejiminin sadələşdirilməsi və readmissiya danışıqları cəmi il yarım çəkdi. Orada bu barədə qərar qəbul etmək üçün siyasi iradə vardı. Əgər Azərbaycanda da belə bir iradə olsa, biz yekun qərara gələ bilərik”.


Geri qayıt