Əsas Səhifə > Hadisə > HƏRBÇİLƏRİN EKSKAVATORLARLA DÖYÜŞÜ

HƏRBÇİLƏRİN EKSKAVATORLARLA DÖYÜŞÜ


13-01-2012, 13:18
HƏRBÇİLƏRİN EKSKAVATORLARLA DÖYÜŞÜ

ZORLA EVLƏRİNDƏN ÇIXARIAN HƏRBÇİLƏR CANLI SƏDD YARADIB

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti Bayraq Meydanı ərazisindəki binada yaşayan 2 hərbçi və 1 məcburi köçkün ailəsinin evinin uçurulması üçün ekskavatorlar göndərib. Ailələrin üzvləri ekskavatorun qarşısında canlı sədd çəkərək texnikanı evlərinə yaxın buraxmır.

Hərbçilərdən biri, hazırda Hərbi Dənizçilik Məktəbində qulluq edən Emil Əzizov Turan-a bildirib ki, 3 ailənin hər birinə cəmi 10 min manat pul təklif edilir. “Bizi evimizdən zorla çıxarırlar. Ev də təklif etmirlər. Cəmi 10 min manat verirlər. Bu pulla ev almaq mümkün deyil”,- o qeyd edib.

E.Əzizov 2-ci dərəcəli kapitandır, 30 il hərbi dəniz qüvvələrində xidmət edib.

Bayraq Meydanı yaxınlığında “Eurovizion 2012” mahnı müsabiqəsinin keçirilməsi üçün konsert salonu inşa edilir. 2011-ci ilin yayından başlayaraq həmin ərazidə vətəndaşlara məxsus mənzillərin uçurulmasına start verilib. Dünən prezident İlham Əliyev Bayraq Meydanı ərazisində olub. Dövlət başçısının gəlişindən sonra ərazidə ev söküntüsü gücləndirilib.


Geri qayıt