Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇILARI BU SEÇKİ İLİNƏ FÜRSƏT KİMİ BAXIR

İCRA BAŞÇILARI BU SEÇKİ İLİNƏ FÜRSƏT KİMİ BAXIR


5-09-2013, 12:14
İCRA BAŞÇILARI BU SEÇKİ İLİNƏ FÜRSƏT KİMİ BAXIR
RAYON RƏHBƏRLƏRİNƏ XƏBƏRDARLIQ EDİLİB: ÖZLƏRİNİ GÖSTƏRMƏLİDİRLƏR

DİA.AZ: - Bir neçə rayonun icra başçısı seçkilər dövrünü həm də sınaq kimi yaşayacaq. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbə məlumat verib. Qaynaq iddia edir ki, Daşkəsənin, Qubanın, Ağcabədinin, Astaranın və paytaxt Bakının daha bir neçə rayonunun icra başçıları artıq «yuxarıların» «qara siyahısına» düşməyə müvəffəq olublar.

Mənbənin söylədikləri: «İndi onlar üçün bu seçki ili bir fürsətdir. Seçki prosesini necə yola vermələrinə uyğun olaraq onlarla bağlı qərar da çıxarılacaq».

Mənbəmiz onu da əlavə etdi ki, seçkidən sonra Xaçmazın və Bakının Xətai rayonlarının icra başçıları isə heç bir sınaq-filan gözləmədən vəzifələrini itirəcəklər: «Xaçmazın icra başçısı artıq yetərincə yaşlanmış kadr hesab olunduğuna görə, Xətainin icra başçısı Razim Məmmədov üçün etimad limitini tükətməsi səbəbindən».

Geri qayıt