Əsas Səhifə > Şou-biznes > “SÖZ VERİRƏM Kİ, POZİTİV ENERJİ ÖTÜRƏCƏM”

“SÖZ VERİRƏM Kİ, POZİTİV ENERJİ ÖTÜRƏCƏM”


13-01-2012, 13:11
“SÖZ VERİRƏM Kİ, POZİTİV ENERJİ ÖTÜRƏCƏM”

MÜĞƏNNİDƏN QEYRİ-ADİ VƏD

Ötən il adı müxtəlif qalmaqallarda hallanan əməkdar artist Almaz Ələsgərli mübahisə yükü daşımaqdan yorulub.

O, bu il əhvalını yüksək əhval-ruhiyyəyə kökləyib və təqvimin sonuna kimi insanlara pozitiv enerji ötürəcəyini Milli.Az-a söz verdi:

"Çalışacam ki, çıxışlarım mübahisələr üzərində qurulmasın. Yeni sənət işləri düşünmüşəm. İlk xəbərim ondan ibarətdir ki, yaxın bir neçə gündən sonra Mədəniyyət və İncəsənət Universitetinin estrada fakültəsində dərs deyəcəm. Mənim sənətdə ifam, üslubum bir başqadır. Təkrarı yoxdur. İstəyirəm ki, davamçılarım yetişsinlər. Buna nail olmağa çalışacam".

Eyni ali təhsil ocağının məzunu olan Almaz xanımın aktyorluq dərsi aldığını öyrəndik. Amma bu sahədə təcrübəsini artırmadığı üçün meylini püxtələşdirdiyi peşəyə yönəldib.

Qeyd edək ki, son aylar sırası genişlənən teleserial siyahısının aktyor heyətinə Almaz Ələsgərli də qoşula bilər. Artıq ona iki seriala çəkilmək təklifi gəlib. Amma mahnı ifaçısı pedaqoqluğa başladığı üçün vaxt məhdudiyyəti ilə çalışmağı düşünmür. Hələlik təklifi gözdən keçirmək qərarındadır.

Bu günlərdə onun Gövhər Həsənzadənin müəllifi olduğu yeni mahnıları tamaşaçılara təqdim ediləcək.


Geri qayıt