Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ HƏSƏNOVDAN XƏBƏR VAR: SƏHHƏTİ DÜZƏLİR
ƏLİ HƏSƏNOVDAN XƏBƏR VAR: SƏHHƏTİ DÜZƏLİR4-09-2013, 15:34 |
![]() DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmidik ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Almaniyada ürəyindən əməliyyat olunub. Bu gün PA rəsmisinin sağlıq durumu ilə bağlı DİA.AZ-a yeni məlumat daxil olub. Hökumət içindəki mənbə iddia edir ki, artıq Əli Həsənovun sağlıq durumu düzələnə doğru gedir və müalicələr müsbət təsirini göstərib: В«Artıq Əli müəllimin durumu yaxşılaşır. Doğrudur, bu, hələ onun yaxın günlərdə aktiv fəaliyyətə dönə biləcəyi anlamına gəlmir, lakin müsbət irəliləyişlər varВ». Mənbə iddia edir ki, Əli Həsənov əvvəlindən deyildiyi kimi, bu seçki ilini yataq şəraitində keçirməli olacaq: В«Bunu həkimlər ona məsləhət bilib. Çünki durumu aktiv fəaliyyət üçün heç də müsaid deyilВ». Biz də öz növbəmizdə DİA.AZ olaraq Əli müəllimə Allahdan şəfa diləyirik… Geri qayıt |