Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOV В«OBŞIY KATYOLВ»DAN PUL GİZLƏDİB

ZİYA MƏMMƏDOV В«OBŞIY KATYOLВ»DAN PUL GİZLƏDİB


3-09-2013, 17:22
ZİYA MƏMMƏDOV В«OBŞIY KATYOLВ»DAN PUL GİZLƏDİB
DİA.AZ: - Hakimiyyət içində münasibətlər yenidən gərilib. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan anlaşılır. Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, konkret olaraq nəqliyyat naziri Ziya Məmmədova qarşı yeni qütbləşmə formalaşıb.

Mənbənin söylədikləri: В«Doğrudur, indiki açıdan Ziya Məmmədov güclü bir fiqur təəssüratı bağışlayır. Amma vəziyyət heç də görüntüdə olan kimi deyil. Məlumdur ki, hakimiyyətin son illərdə ən çox öyündüyü istiqamətlərdən biri də məhz yol infrastrukturunun yenidən qurulmasıdır. Bu sahədə görülən işlərdirВ».

Mənbəmiz bildirir ki, Ziya Məmmədovun rəhbərlik etdiyi nazirliyə bu səbəbdən dövlət büdcəsindən külli miqdarda vəsait ayırılıb ki, məhz qeyd olunan vəsaitin xərclənməsi ilə bağlı çox ciddi şübhələr mövcuddur: В«Təbii ki, dünyada ən bahalı yolun çəkilməsi faktından hakimiyyətin ən üst pilləsində də xəbərdardırlar. Hətta bu halda belə, böyük maliyyə maxinasiyaları ortaya çıxıb ki, bu faktlar da Ziya Məmmədova olan etimada böyük zərbə effektindədirВ».

Mənbə iddia edir ki, Ziya Məmmədov В«yuxarılarВ»dan xəbərsiz olaraq təxminən 120 milyon manata yaxın vəsaiti özünə aid ayrı-ayrı şirkətlərin hesabına köçürtdürüb: В«Bir dəfə də belə bir fakt ifşa olunmuşdu. Sonradan NN şefi vəziyyətdən çıxmağa müvəffəq oldu. Amma indi situasiya tamam fərqlidir. Ziya Məmmədovun buraxdığı yanlış onun həm də karyerasına qoyulan nöqtəyə çevrilə bilərВ».

Hələlik vəziyyətin stabil olduğunu deyən mənbəmiz hər an situasiyanın Ziya Məmmədovun əleyhinə dəyişəcəyini də xüsusi olaraq vurğuladı: В«Bu dəyişikliyi gözləməyinə dəyərВ».

Onu da xatırladaq ki, bu arada Ziya Məmmədovun baş nazir postuna gətiriləcəyi də deyilirdi. Təbii ki, belə bir şəraitdə onun təkrarən etimada layiq görülməsi inandırıcı deyil.

Geri qayıt