Əsas Səhifə > Siyasət, Manşet > SURƏT HÜSEYNOV HƏR AN PARTLAYA BİLƏR

SURƏT HÜSEYNOV HƏR AN PARTLAYA BİLƏR


3-09-2013, 12:46
SURƏT HÜSEYNOV HƏR AN PARTLAYA BİLƏR
KEÇMİŞ BAŞ NAZİR KİMİ AYAZ MÜTƏLLİBOV DA YETƏRİNCƏ TƏHLÜKƏLİDİR

DİA.AZ: - Son dövrlər yenidən siyasətə qayıdan və sosial şəbəkələrdə aktiv şəkildə təbliğ olunan keçmiş baş nazir Surət Hüseynovun Gəncədə özünə təşkilat yaratdığı barədə məlumat yayılıb. Bildirək ki, zamanında böyük nüfuza malik olan Surət Hüseynova hazırda da biət edənlər var ki, bu da ciddiya alınmalıdır. Ən azından Azərbaycan kimi həssas bölgələrin hakimiyyətləri tərəfindən. Çünki hər zaman kənar güclər üçün Surət Hüseynov tipli regional ağsaqqallar bir alət kimi cəlbedici hesab olunur. DİA.AZ-a daxil olan məlumata görə, bir neçə ay bundan əvvəl qapalı şəkildə keçirilən toplantıdan sonra Surət Hüseynovun rəhbərliyi altında yeni bir təşkilatın yaradılması barədə qərar çıxarılıb. Hələlik bu təşkilat nə elan olunur, nə də üzə çıxarılır. Sanki zamanı gözlənilir.

Məlumatda vurğulanır ki, Surət Hüseynovu dəstəkləyənlər arasında onun keçmiş döyüş yoldaşları, vaxtıyla onunla birlikdə işləmiş şəxslər və əslən Gəncədən olanlar var. Mənbənin iddiasına görə, həmçinin bu tərəfdarlar sırasında Gəncədə dövlət vəzifələrində çalışanlar da az deyil. Onların əksəriyyəti keçirilmiş toplantıya qatılmasalar da, öz adamları vasitəsi ilə sabiq baş nazirə dəstək vermələrinə dair mesaj göndəriblər. Onların sırasında Gəncədəki böyük Diaqnostika Mərkəzinin baş həkimi Fəxrəddin həkim, Gəncə bazarının rəhbəri və daha bir neçə tanınmış şəxslər də var.

Qeyd olunur ki, xeyli güclənən və aktivləşən Surət Hüseynov və adamları da yaranmış vəziyyətdən yararlanmağa başlayıblar. Buna səbəb Gəncədə əhalinin vəziyyətinin pisliyi, insanların ciddi şəkildə narazı olması və rəsmi qurumların vaxtaşırı onlara incitməsidir. Hətta o da vurğulanır ki, sabiq baş nazirin tərəfdarları bu narazıları da öz tərəflərinə çəkmək üçün təbliğata başlayıblar.

Mənbə DİA.AZ-a bildirir ki, artıq bəzi tərəfdarlar üzə çıxmağın lazım gəldiyini deyərək, bunun nümayişkəranə şəkildə həyata keçirilməsini istəyirlər. Onların təklifinə görə, yaxın vaxtlarda Gəncənin mərkəzində izdihamlı aksiyanın keçirilməsi barədə qərar verilməlidir. Amma bəziləri düşünürlər ki, bu addım şəhərdə ciddi toqquşmalara səbəb ola bilər və ona görə də, bir müddət gözləməyi məsləhət bilirlər. Onlar hesab edirlər ki, bir qədər də gücləndikdən sonra belə bir addımı atmaq olar.

Bir sözlə, Surət Hüseynov hər zaman partlaya biləcəık barıt çəlləyidir. Maraqlıdır ki, bu gün onun bənzəri hesab olunan keçmiş prezident Ayaz Mütəllibov da fallaşmaqdadır. Şirvan bölgəsinin ağsaqqallarından olan Ayaz Mütəllibovun da seçkiqabağı dönəmdə nəzarətə alınması bir nömrəli problemlərdən hesab olunur. Bunu isə iqtidardakı qaynaqlarımız deyir.

Məlumatlara görə, prezident semkilərilə əlaqədar artıq bu tipli qüvvələrlə bağlı yeno tədbirlər planı da hazırlanıb. Hansı tədbirlər? Bu barədə yaxın günlərdə diqqətinizə şok faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Geri qayıt