Əsas Səhifə > Hadisə > GORANBOYDA NAMUS DAVASI QANLA BİTDİ

GORANBOYDA NAMUS DAVASI QANLA BİTDİ


3-09-2013, 11:56
GORANBOYDA NAMUS DAVASI QANLA BİTDİ
Goranboy rayonunda namus üstündə düşən kütləvi dava bir nəfərin həyatına son qoyub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Veysli kəndində qeydə alınıb. Belə ki, Veysli kəndini sakini Səxavət Nağıyev nəməlum şəxslər tərəfindən evinin önündə bıçaqla ürək nahiyəsindən vurulub.
Qətlə yetirilən şəxsin qohumu İlqar Orucovun sözlərinə görə, Səxavət bir neçə nəfərə nalayiq hərəkətlər etdiklərinə etiraz etdiyi üçün öldürülüb.
“Səxavətin evinin qarşısında, küçənin ortasında 5-6 nəfər cavan oğlan və 2 qız nalayiq hərəkətlər edirmişlər. Səxavət çıxıb küçəyə, onları qovmağa. Lakin gənclər ona əhəmiyyət verməyiblər. Nəticədə dava düşüb”, - deyə qətlə yetirilən şəxsin qohumu bildirib.

Gənclər Səxavətlə dalaşan zaman, ona kömək etmək üçün oğlu İxtiyar Nağıyev və əmiləri Şükür,Mürvət Nağıyevlər də gəlib. Gənclər işin çətin olduğunu gördükdə bıçağa əl atıblar. Nəticədə S. Nağıyev hadisə yerində ölüb, digər 3 şəxs isə ağır yaralanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədən verilən məlumata görə, Mürvət və İxtiyar Nağıyevlərin vəziyyətləri ağır olaraq qalır.

Hüquq-mühafizə orqanı əməkdaşlarının əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı sakinləri Rafiq Mədətov, Nicat və Neymət Qardaşovlar, Maxru Qocayeva və Natiq Yaqubov saxlanılıb. Onlar avtomobillə qaçarkən Qaradağ rayonunda tutulub.
Faktla bağlı Goranboy rayon Polis İdarəsində cinayyət işi başlanıb.

Geri qayıt