Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ ƏSƏDOVUN ADAMLARI NECƏ PROBLEM YARADIR?

ƏLİ ƏSƏDOVUN ADAMLARI NECƏ PROBLEM YARADIR?


3-09-2013, 11:31
ƏLİ ƏSƏDOVUN ADAMLARI NECƏ PROBLEM YARADIR?
DÖVLƏT BAYRAQ MEYDANI İLƏ ÜZBƏÜZ BİNANIN SAKİNLƏRİ ŞİKAYƏTÇİDİR

DİA.AZ: - Redaksiyamıza Bakı şəhəri, Səbayel rayonu, Bayıl qəsəbəsi Vüsal və Elçin Hacıbababəyov küçəsi ev 4-də yaşayan sakinlər şikayət məktubu ünvanlayıblar. Bildirək ki, qeyd olunan bina düz Dövlət Bayraq Meydanı ilə üz-üzədir. Amma buna rəğmən, belə bir mühüm ünvanda yaşayan sakinlər olduqca ibtidai problemlərlə üz-üzə qalıblar.

Sakinlər DİA.AZ-a yazdıqları məktublarında bildirirlər: «Binamızın kənardan görüntüsünü hələ «Avroviziya-2012» yarışması ərəfəsində dəyişdirildi. Yəni əvvəllər köhnəliyi xatırladan binamız sanki yeni tikilimiş vəziyyətdədir ki, buna görə dəfələrlə təşəkkür etmişik.

Amma bu o demək deyil ki, bu gün biz çirkab içində boğulmalıyıq».

Sakinlər bildirir ki, binalarının qarşısında əvvəllər tullantıların, zibillərin atılması üçün ayrıca yer olub: «Lakin bu təmir-tikinti işlərindən sonra həmin ərazi plana düşdü və həmin yerdə Prezident Administrasiyasının tanınmış simalarından olan Əli Əsədovun adamları restoran ucaltdılar.

İndi restoran sahiblərinin kefləri yaxşı olsa da, bizim günümüz qaradır. Çünki zibilimizi atmağa yer tapmırıq. Restoranın həndəvərinə isə düşməmiz qeyri-mümkündür. Çünki restoran rəhbərliyi bina sakinlərinə zibillərini əraziyə atmağı qadağan ediblər. Biz də məcburuq ki, zibil atmaq üçün ən yaxşı halda 1 kilometrə yaxın yolu qət edək».

Sakinlər bildirir ki, bununla əlaqədar yerli icra hakimiyyətinə mənzil istismar idarəsinə dəfələrlə müraciət ediblər: «Amma bizi eşidən yoxdur. Elə MİS də bizim həyətdə yerləşir. Hər gün o yazıqlar məcbur qalıb sakinlərin blokların qapısına qoyduqları zibilləri araba ilə daşıyırlar. Onların da günü qaradır. Çünki hansısa məmur bunun əvəzində pul qazanır».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt