Əsas Səhifə > Hadisə > TAKSİLƏRƏ HÜCUM XƏBƏRİMİZ TƏSDİQLƏNDİ
TAKSİLƏRƏ HÜCUM XƏBƏRİMİZ TƏSDİQLƏNDİ12-01-2012, 14:26 |
"BAKU TAXI COMPANY" NN-NİN ADDIMINI ALQIŞLAYIR Lisenziyasız taksilərin işinə qadağa qoyulması bu sahədə göstərilən xidmətlərin keyfiyyətinə müsbət təsir edəcək. Bu barədə cümə axşamı Trend-ə Baku Taxi Company şirkətinin rəhbəri Eldar Qasımov bildirib. Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yeni "Baku Taxi Company" şirkəti yaradılıb. Qasımovun sözlərinə görə, Bakının küçələrində işləyən taksilərin çoxu həm texniki nöqteyi-nəzərdən, həm də rahatlıq və təhlükəsizlik baxımından müasir tələblərə cavab vermir. "Ona görə də bu avtomobillərin istismardan çıxarılması sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdıracaq, rahatlığı və təhlükəsizliyi təmin edəcək", - Qasımov deyib. Bir müddət öncə Nəqliyyat Nazirliyindəki mənbə bir neçə günə Azərbaycanda lisenziyası olmayan taksilərin yığışdırılmasına başlanılacağını bildirib. Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanda lizenziyalaşdırılmamış taksilərin sayının 10 mini ötdüyünü qeyd edib. Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin birgə müşavirəsində bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün konkret qərarlar qəbul olunub. Müşavirədə qeyd olunub ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərin, avtobusların dayanacaqdan kənar yerlərdə saxlaması, sərnişin düşürdüb-mindirməsi, təmir gedən ərazilərdə alternativ yolların bərbad vəziyyətdə olması paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər yaradır. Taksilərin və avtobusların təyin olunmamış yerlərdə dayanmasının qarşısını almaq üçün Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsi birgə reydlər keçirəcəklər. Geri qayıt |