Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: В«UNİBANKВ»DAN DAHA BİR KREDİT FIRILDAĞI
ŞOK: В«UNİBANKВ»DAN DAHA BİR KREDİT FIRILDAĞI2-09-2013, 16:29 |
![]() DİA.AZ: - Yəqin ki, В«UnibankВ»ın В«Siz seçilmiş müştəri olduğunuza görə, В«UnibankВ»dan 7500 AZN-dək, 48 aylıq güzəştli kredit əldə edə bilərsiniz. Filiallarımıza yaxınlaşın. Məlumat üçün Tel: 117В» mətnli ismarıcı ilə bir çox mobil telefon abunəçiləri tanışdır. Hər halda, tanış olanlar var və bundan şikayətçi düşənlər də var. DİA.AZ-a müraciət edən narazı vətəndaş bildirir ki, o, belə bir ismarıcı aldıqdan sonra В«UnibankВ»ın filiallarından birinə müraciət edib. Amma ona deyilib ki, telefon nömrəsinə daxil olan ismarıcı hər kəsə yollayırlar, yəni bu o demək deyil ki, ismarıcda göstərildiyi kimi 7500 manata qədər kredit ala bilər. Vətəndaş bildirir: В«Təbii ki, mən də etiraz etdim və dedim ki, axı siz mənim telefon nömrəmə bu ismarıcı yollamısınız. Cavab verdilər ki, o, reklamdır. Hər halda, mən mobil şirkətdən də şikayətçiyəm ki, hansısa fırıldaqçıların yalan mətnli reklamını mənə ünvanlayırlar. Çünki buna görə onlar da məsuliyyət daşıyırВ». Bu hələ harasıdır? Vətəndaş bildirir ki, həmin vaxtı В«UnibankВ»ın filialında 3 saat növbəyə durduğunu söyləyən bir evdar xanım da hay-küy salıbmış: В«O qadın da haqlı idi. Çünki bankın reklamlarında evdar qadınlara kreditin rahatlıqla veriləcəyi qeyd olunurdu. Amma banka gələndə aydın olur ki, sən demə, bu da reklam imiş. Çünki bankdan evdar qadının ərinin dövlət işində işləməsi haqda arayış tələb olunur. Bu isə o deməkdir ki, bank əslində reklamında qeyd etdiyi kimi bütün evdar xanımlara yox, məmur yoldaşı olan evdar xanımlara kredit verirВ». Vətəndaş DİA.AZ-a bildirir ki, artıq bu fırıldaqla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır: В«Təbii ki, banka bu fırıldaqda yoldaşlıq edən mobil operatoru da unutmayacamВ». ![]() Geri qayıt |