Əsas Səhifə > Siyasət / Manşet > HAKİMİYYƏTDƏN YENİ В«İÇ TƏMİZLƏMƏВ» QƏRARI

HAKİMİYYƏTDƏN YENİ В«İÇ TƏMİZLƏMƏВ» QƏRARI


2-09-2013, 12:04
HAKİMİYYƏTDƏN YENİ В«İÇ TƏMİZLƏMƏВ» QƏRARI
KƏNAR GÜCLƏRİN TƏSİRİ ALTINDA HƏRƏKƏT EDƏNLƏR ÇIXDAŞ OLUNACAQ

DİA.AZ: - Prezident seçkilərilə bağlı siyasi çevrələrdə fəallaşma artıq yetərincə hiss olunmaqdadır. DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, bu seçki ilində çox ciddi sarsıntılar keçirən hazırki iqtidar Kremldən gələn məlum basqıları yoluna qoyar-qoymaz daxildə də təmizləmələrə qərar verib. Gələn informasiyalardan aydın olur ki, bu В«təmizləmələrВ» daha çox xəyanətə meyillilərin ifşası üzərində həyata keçiriləcək.

Mənbənin söylədikləri: В«Xüsusən də yerlərdə rəhbər vəzifə tutan şəxslər arasındakı sapmalar iqtidar üçün heç də arzuolunan hesab olunmur. Xatırlayırsınızsa, bu günlərdə mətbuat ayrı-ayrı kənar güclərin təsiri altında olan şəxslərin Azərbaycanın bölgələrində təxribatai əl atacaqları barədə məlumatlar yaymışdı. Yəni bu bir fakt idi ki, hələ də rəsmi Bakıya təzyiq məqsədilə kimlərsə kənar təsirlərin nəticəsində qarışıqlıq salmağa meyillidirlər. Həmin şəxslərin əksəriyyətinin isə bu gün vəzifə başında olduğu da tam olaraq təsdiqlənibВ».

Məlumatlı mənbələrdən sızan informasiyaya görə, konkret olaraq 4 rayonun icra başçısı bu gün hədəfdədir. В«Kimdir onlarВ» sualını cavablandıran mənbəmiz iddia edir ki, artıq onlardan bəziləri vəzifələrindən alınıb: В«Bu gün hər kəs belə düşünür ki, Qubada vəziyyət düzəlib. Amma belə deyil. Qubada yenə əvvəlki kimi hər an partlayış ola bilər. Çünki həbslər belə В«açar isimlərinВ» ifşası ilə nəticələnmədi. Və bu gün Qubanın icra başçısı Mübariz Ağayevin ona olan ümidləri doğrultmaması, hətta bir sıra qaranlıq çevrələrlə mübhəm əlaqələrinin olması faktı da nəzərdən qaçmamalıdırВ».

Mənbəmiz iddia edir ki, yaxın günlərdə məhz sözügedən istiqamətin təzahürü olaraq В«təmizləmələrəВ» start veriləcək: В«Burada təkcə icra başçıları deyil, həm də kifayət qədər nüfuzlu məmurlar belə sıradan çıxarılacaqВ».

Geri qayıt