Əsas Səhifə > Hadisə > AZƏRBAYCAN DAHA BİR İŞ ADAMINI İNTERPOLA VERDİ

AZƏRBAYCAN DAHA BİR İŞ ADAMINI İNTERPOLA VERDİ


2-09-2013, 11:33
AZƏRBAYCAN DAHA BİR İŞ ADAMINI İNTERPOLA VERDİ
Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 46 yaşlı Turgay Ərdoğan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

Turgay Ərdoğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.

Geri qayıt