Əsas Səhifə > Gündəm, Manşet > QARADAĞIN İCRA BAŞÇISINA QARŞI ŞOK İTTİHAMLAR

QARADAĞIN İCRA BAŞÇISINA QARŞI ŞOK İTTİHAMLAR


2-09-2013, 11:32
QARADAĞIN İCRA BAŞÇISINA QARŞI ŞOK İTTİHAMLAR
SAHİBKAR PREZİDENTƏ YAZDIĞI MƏKTUBUNDA BAŞÇI İLƏ BAĞLI NƏLƏRİ DEDİ?

DİA.AZ: - Qaradağ rayon icra başçısı Süleyman Mikayılov tərəfindən hüquqları tapdanan bir qrup sahibkarın problemləri barədə mətbuatda yetərincə yazılsa da, bütün instansiyaları susdurmağı bacaran “Çakır” ləqəbli başçı hələ də əməllərini davam etdirir. Doğrudur, artıq məhkəmələr sahibkarların haqqını tanıyıb, amma bu halda da Qaradağın başçısı öz əməllərini davam etdirir ki, bununla bağlı “Rövşən” kiçik müəssisəsinin təsisçisi Sənan Ağayev və nümayəndəsi Ağahüseyn Ağayev tərəfindən nəhayətdə prezident İlham Əliyevdən kömək istənilir.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:

“Hörmətli Cənab Prezident! Bakı Apelyasiya Məhkəməsində mənə dəymiş maddi ziyana baxılarkən № 2-1 inz (103)-464/2012 iş üzrə baxış keçirilərkən tərəflər arasında 19 iyul 2012-ci il tarixli barışıq sazişi imzalanmış və cavabdeh barışıq sazişində və məhkəmənin qərarında öz əksini tapmış aşağıdakıları icra etməli idi.

1. Qaradağ RİH başçısının 22 may 2012-ci il tarixli 59 saylı sərəncamına əsasən Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində 8 sot torpaq sahəsinin cizgisinin surətini təsdiq edilməsini və daş sexinin tikintisinin icazəsinə icazə verir.

2. Qaradağ RİH başçısının 22 oktyabr 1998-ci il tarixli 1172 saylı sərəncamına əsasən iddiaçı Sənan Ağahüseyn oğlu Ağayevə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Lökbatan qəsəbəsi ərazisində yerləşən 600 kvm. torpaq sahəsinə dair cizginin surətinin təsdiq edilməsini cavabdeh öz üzrərinə götürür.

3. Söküntü nəticəsində dəymiş maddi ziyan qismində 20000 (iyirmi min) manat vəsaiti qeyd olunan saziş imzalandıqdan sonra iddiaçıya ödənilməsini təmin edir.

Hörmətli Prezident, Qaradağ RİH başçısı bu günə kimi məni aldadaraq süründürülməçiliyə yol vermiş və məhkəmənin qərarını qismən icra etmişdir. Belə ki, barışıq sazişinin 1-ci bəndində göstərilən torpaq sahəsinin sxemini təsdiq etmiş, tikintiyə şifahi icazə versə də yazılı sərəncam verməmişdir.

2-ci bəndində isə həm məni, həm dövlətin Ali orqanı olan Məhkəməni aldadaraq fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisini başqa bir vətəndaşa məxsus olan və dövlət Dövlət Əmlakının İdarəetməsi Üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş və çıxarış verilmiş vətəndaşa məxsus xüsusi torpaq sahəsinə vermişdir.

Bir ildən artıq vaxt keçməsinə baxmayaraq bu məsələni həll edəcəyinə söz versə də bunu etməmişdir. Mən dəfələrlə məhkəmə qərarının məcburi icraat qaydalarını onun nəzərinə çatdırsam da o, hər vasitə ilə məni aldadaraq işi süründürməçiliyə salmışdır.

Odur ki, xahiş edirəm:

1. AR CM-nin 306-cı maddəsinin: Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə.

2. AR CM-nin 306.2-ci maddəsilə: Eyni əməl vəzifəli şəxs tərəfindən törədildikdə - şərti maliyyə vahidinin 1000 mislindən 2000 mislinədək miqdarında cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddət azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. AR CM-nin 308.1, 308.2, 309.1və 309.2-ci maddələrilə xüsusi qərar çıxartmaqla işi məcburi icraata yönəldəsiz.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəli şəxsdir, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənə külli miqdarda maddi ziyan vurmuş və vəzifə səlahiyyətlərini aşaraq, Məhkəmə Qərarı ilə mənə çatası qismən vurulmuş maddi ziyanın ödənilməsindən yayınmış məni və Məhkəməni aldadaraq saxta sənədlər vermiş, başqasının torpaq sahəsini mənə sənədlə vermişdir. Qeyd olunan sənədlərin surəti məhkəmədə var və bunlar xüsusi araşdırmaya zərurət olduğu üçün məhkəmə qərarı ilə bu işin araşdırılmasına xüsusi qərar çıxarılmasını xahiş edirəm.

Hörmətli cənab Prezident! Seçki ərəfəsində belə hallara yol vermək sadəcə olaraq əhalinin narazı salmaq məmurlar tərəfindən düşünülmüş bir addımdır. Xahiş edirəm tədbir görəsiniz”.


Geri qayıt