Əsas Səhifə > Siyasət, Manşet > ELNUR ASLANOV BÖYÜK GÜCƏ ÇEVRİLMƏKDƏDİR
ELNUR ASLANOV BÖYÜK GÜCƏ ÇEVRİLMƏKDƏDİR2-09-2013, 10:51 |
ARTIQ BU GƏNC MƏMURUN İQTİDAR İÇİNDƏ ÖZ ŞƏBƏKƏSİ DƏ FORMALAŞIB DİA.AZ: - Artıq bir neçə gündür ki, mətbuatda 2013-cü il 9 oktyabr prezident seçkilərindən sonra hakimiyyət komandasında ciddi dəyişikliklətrin olacağı, bir sıra mühüm dövlət postlarına yeni təyinatların baş tutacağı ilə bağlı xəbərlər dolaşır. Bu xəbərlərdən biri- Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun görəvdən alınması ilə bağlı olduqca ilginc bilgiləri diqqətinizə təqdim edirik. DİA.AZ-a daxil olan məlumatlara görə, Həsən Zeynalov 2013-cü il seçkilərindən sonra baş konsul vəzifəsindən geri çağrılacaq və onun yerinə nə qədər inanılmaz olsa da çox gənc Orxan Əkbərov təyin olunacaq. Məlumat üçün bildirək ki, Orxan Əkbərov Prezident Adminstrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun komandansında təmsil olunur və güclü mövqelərə malikdir. Təxminən 3 il bundan əvvələ kimi heç kimin tanımadığı O.Əkbərov bundan əvvəl E.Aslanovun kurasiyasında olan ASAİF təşkilatına rəhbərlik edib. Hazırda isə Elnur Aslanovun birbaşa dəstəyi ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədridir. Orxan Əkbərov bu günlərdə AZTV-nin prezidenti, deputat Arif Alışanovla da qohum olmaqla mövqelərini gücləndirib. Ümumiyyətlə, PA-nın ən gənc şöbə müdiri olmasına baxmayaraq Elnur Aslanov hakimiyyət daxilində ciddi mövqelərə malikdir. Onun dəstəyi ilə Ceyhun Osmanlı, Musa Qasımlı, Rasim Musabəyov parlamentə deputat seçilib. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov da Elnur Aslanovun dəstəyi ilə vəzifə sahibi olanlardandır. Bundan başqa E.Aslanov böyük QHT və media sektoruna da nəzarət edir. Geri qayıt |