Əsas Səhifə > Gündəm, Manşet > LAÇINLI MƏMUR DA HAQSIZLIQLARDAN ŞİKAYƏTÇİ DÜŞÜB

LAÇINLI MƏMUR DA HAQSIZLIQLARDAN ŞİKAYƏTÇİ DÜŞÜB


2-09-2013, 10:44
LAÇINLI MƏMUR DA HAQSIZLIQLARDAN ŞİKAYƏTÇİ DÜŞÜB
MƏMUR ÖZ İŞİNİ GÖRSƏ DƏ, DƏVLƏTİN MARAQLARINI QORUSA DA, ACİZ QALIB

DİA.AZ: - Redaksiyamıza Laçın Rayonun Qoşasu kənd sakini Cəbrayılov Ədalət Malik oğlu tərəfindən şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşın DİA.AZ-a göndərdiyi müraciəti olduğun kimi diqqətinizə təqdim edirik:

“Mən Laçın Rayon İcra hakimiyyəti başçısının Qoşasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışıram. Rayonun Ağcakənd kənd sakini Nəsibov Vaqif Cəmil oğlu Ağcakənd obasında 150 h torpaq sahəsi ola- ola Qoşasu obasında məskunlaşmış kənd camaatının istifadəsində olan torpaq sahəsini bəzi havadarlarına arxalanaraq zəbt etmişdi.

Bununla bağlı Laçın RİHA-nın Başçısı cənab A.Səlimov tərəfləri qəbul etmiş, V.Nəsibovun bu hərəkətinin qanunsuz olduğunu və dərhal həmin ərazini boşaltmasını tapşırmışdır. Lakin buna baxmayaraq V.Nəsibov həmin ərazidən heyvanlarını çıxartmamışdır. 23 iyul 2013-cü il tarixdə kənd sakini İbadov Səfər Məmməd oğlu mənə bildirdi ki, V.Nəsibov un oğlu F.Alıyev heyvanlarını həmin əraziyə aparıb.

Həmin vaxt kənd icra nümayəndəsi məzuniyyətdə olduğu üçün bu vəzifəni müvəqqəti mən icra edirdim. S.İbadov bildirdi ki, nümayəndəni əvəz edirsən, gəl, bu məsələni həll et. Mən V.Nəsibovun zəbt etdiyi əraziyə getdim. Həmin vaxt V.Nəsibovun oğlu F.Alıyev öz heyvanlarını otarırdı. F.Aliyevə bildirdim ki, sizin Ağcakənd obasında torpaq sahəniz var. Camaatı incitməyin. Mənim bu sözümdən sonra F.Alıyev məni nalayiq söyüşlərlə təhqir etdi və üstümə hücum edərək boğazımdan yapışıb məni boğmaqa başladı.

Təxminən 10-15 dəqiqə sonra kənd sakini İbadov Baxşeyiş Məmməd oğlu hadisə yerinə gəldi. F.Alıyev B.İbadovu görən kimi məni buraxıb ona cumdu, bir kəllə və bir ağac vurdu. Mən dərhal Laçın RPŞ-na müraciət etdim. F.Alıyevin mənə xəsarət vurması həm tibbi ekspertin rəyində, həmdə şahid ifadələrində öz təs diqini tapsa da, Laçın RPŞ-nın rəisi M.Kərimov və tədqiqatçı N.Dünyamalıyev cinayətin motivini dəyişdirərək çox canfəşanlıqla F.Alıyevin əməlinin Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinə tövsif olnmasından yayındıraraq 2 sutka həbslə cinayətdən uzaqlaşdırdılar.

V.Nəsibovun himayədarlarına çevrilmiş Laçın RPŞ-nın Rəisi M.Kərimovun və tədqiqatçı N.Dünyamalıyevin dəstəyi ilə iyul ayının 28-də və avqust ayının 9-də V.Nəsibov tərəfindən şərlənmişəm. Çox təssüf ki, qanunlarımızın keşiyində durmuş bu polis məmurları öz şəxsi mənafelərini qanunun aliliyindən üstün tutmaqla istintaq materiallarını saxtalaşdırmış və yenə də V.Nəsibova sədaqətlərini sübut etmək üçün F.Alıyevin sudan quru çıxmasını təmin etmişdilər.

Hörmətli Agentlik! Mən sizin portalınız vastəsiylə Ölkə Prezidenti Cənab İ.Əliyevə müraciət edirəm.Cənab Prezident! YAP-n üzüyəm. Dövlətə, Dövlətçiliyə və Ulu Öndərimiz H.Əliyev siyasi kursuna sədaqətlə xidmət etmişəm. Laçın Rayon Polis Şöbəsinin Rəisi M.Kərimovun və Şöbənin tədqiqatçısı N.Dünyamalıyevin hüquqlarımı pozmaqla yanaşı qanunlarımızın aliliyinə məhəl qoymaması məni çox təssüfləndirir. Xahiş edirəm M.Kərimovu və N.Dünyamalıyevin qanunsuz əməllərinin qarşısının alınması üçün aidiyyatı orqanlara göstəriş verəsiniz”.

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt