Əsas Səhifə > Güney Press / Manşet > HİKMƏT MƏMMƏDOV AYDIN ƏLİYEVİ NİYƏ TƏK QOYDU?
HİKMƏT MƏMMƏDOV AYDIN ƏLİYEVİ NİYƏ TƏK QOYDU?30-08-2013, 18:01 |
![]() DİA.AZ: - Neçə müddətdir gömrük sistemi daxilində intriqalar hökm sürməkdədir ki, bu barədə yerli KİV-lərdə yetərincə informasiyalar verilib. Bu münaqişə ocaqlarından birinin tərəfləri isə Döblət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev və Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovdur. DİA.AZ-a daxil olan məlumatlardan da aydın olur ki, “Rokfeller” ləqəbli Hikmət Məmmədov Aydın Əliyevi yenə bilməsi üçün hətta mətbuatda da iş aparır. Indi isə bu ikilinin rəqabəti özünü hətta ictimaiyyət qarşısında da sezdirib. Xatırladaq ki, prezidentin tapşırığına uyğun olaraq ayrı-ayrı dövlət idarələrinin başçıları yerlərdə əhali ilə görüşlər keçiri, şikayətçiləri, narazı vətəndaşları öz qapılarındaca dinləyirlər. Aydın Əliyev də bir DGL rəhbəri olara bu siyasətdə yer alıb. Məlumatlara görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Astarada bu gün vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. DİA.AZ-a rayondan verilən xəbərə görə, Astara Rayon Mədəniyyət Evində keçirilən görüş zamanı bölgədə yerləşən rayonların - Astara, Lənkəran, Masallı, Lerik və Yardımlının 40 nəfər sakinin müraciətləri dinlənilib. Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, Astara Gömrük İdarəsinin fəaliyyəti, sahibkarlıq fəaliyyəti, qonşu ölkədən gətirilən mallar, rüsumlar və digər məsələlərlə bağlı olub. A.Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Amma maraqlı olanı odur ki, Aydın Əliyevin şikayətçilərlə görüşündə Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov iştirak etməyib. Daha doğrusu, az müddətə ərazidə göründükdən sonra, Astara rayon Mədəniyyət Evinin ərazisini tərk edib. Bunu isə işinin çoxluğu ilə əlaqələndirib. Rayondan verilən xəbərdə qeyd olunur ki, bundan sonra Hikmət Məmmədovu Astaradakı restoranların birində qonaqlıqda görüblər. həmin qonaqlıqda Aydın Əliyevlə birgə Astaraya gələn yüksək rütbəli gömrük işçisi də olub. Hər halda, Hikmət Məmmədovun subardinasiya baxımından Aydın Əliyevin tabeçiliyində ola-ola belə bir etinasızlıq nümayiş etdirməsi onlar arasındakı ədavətin təzahürüdür. Geri qayıt |