Əsas Səhifə > Hadisə > ZAQATALADA QULDUR DƏSTƏSİ İFŞA OLUNDU
ZAQATALADA QULDUR DƏSTƏSİ İFŞA OLUNDU12-01-2012, 12:12 |
ONLAR 15-DƏN ÇOX ƏRZAQ MAĞAZALARINI QARƏT EDİBLƏR Azərbaycanın Zaqatala rayonunda oğruluqda təqsirləndirilən 9 nəfərdən ibarət dəstə üzvləri tutulub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, RPŞ əməkdaşlarının səyi nəticəsində rayon ərazisində mağazalarından oğruluq edən 9 nəfərdən ibarət dəstə aşkarlanıb. Məlumata görə, Zaqatala şəhər sakinləri, 1992-ci il təvəllüdlü Orxan Paşayev, 1994-cü il təvəllüdlü Oruc Muradov, 1994-cü il təvəllüdlü Məhəmməd Bayramov, 1994-cü il təvəllüdlü Əfəndi Rəcəbov, 1995-ci il təvəllüdlü Amin Mursalov, 1994-cü il təvəllüdlü Əziz Rəhimov, 1993-cü il təvəllüdlü Ramin Əloyev, 1995-ci il təvəllüdlü Sərxan Davudov və 1992-ci il təvəllüdlü Nurlan Musayev əlbir olaraq Zaqatala şəhəri və rayon ərazisində fəaliyyət göstərən 15-dən çox ərzaq mağazalarından oğruluq hadisələri törədiblər. Belə ki, oğruluqla məşğul olan, gənclərdən ibarət dəstə mağazalardan ərzaq malları və nəğd pul aparıblar. Dəstə üzvlərindən olan Amin Mursalov, Əziz Rəhimov və Sərxan Davudov əvvəllər də oğruluq etdikləri üçün cəzalandırılıblar. Həbs edilənlər barəsində cinayət işi başlanıb, dəstə üzvlərinin rayon ərazisində baş vermiş digər oğruluq hadisələrində iştirak edib-etmədiyi araşdırılır. Geri qayıt |