Əsas Səhifə > Partiya > “İCTİMAİ PALATANIN TƏKLİFİNİN MÜZAKİRƏSİ MƏCBURİ DEYİL”

“İCTİMAİ PALATANIN TƏKLİFİNİN MÜZAKİRƏSİ MƏCBURİ DEYİL”


12-01-2012, 12:00
“İCTİMAİ PALATANIN TƏKLİFİNİN MÜZAKİRƏSİ MƏCBURİ DEYİL”

“HAKİMİYYƏT FƏALİYYƏT ÜÇÜN ŞƏRAİT YARADIR”

İctimai Palatanın yanvarın 7-də keçirilən sessiyasında qurumun 2012-ci illə bağlı hədəfləri müəyyənləşdirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyib ki, İP-nın hazırladığı “Demokratiyaya keçidin Yol Xəritəsi”nin müzakirəsi üçün hakimiyyət heç bir təşəbbüs göstərməyib. Buna görə də İsa Qəmbər ölkə Prezidentinin istefasını tələb edəcəklərini deyib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az saytına deyib ki, İP-nin bu təşəbbüsünə indiyədək müvafiq rəy bildirilib:

“Məsələ bundadır ki, Azərbaycanda minlərlə ictimai, qeyri-hökümət təşkilatı var. İctimai Palata da onlardan biridir və vaxtaşırı bu və ya digər sahə ilə bağlı öz təkliflərini irəli sürür. Amma həmin təkliflərdə konstruktivlik yoxdur. İctimai Palatanın da təqdim etdiyi layihəyə artıq bir necə dəfə rəy bildirilib. Dövlət ictimai təşkilatların fəaliyyəti üçün şərait yaradır. Onların irəli sürdüyü layihələrin ictimai müzakirəsinin keçirilməsi həmin strukturların özlərinin vəzifəsidir”.


Geri qayıt