Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİNİN MÜAVİNİ OFİSİNİ İNDİ KİMƏ VERƏCƏK?

FHN ŞEFİNİN MÜAVİNİ OFİSİNİ İNDİ KİMƏ VERƏCƏK?


30-08-2013, 10:17
FHN ŞEFİNİN MÜAVİNİ OFİSİNİ İNDİ KİMƏ VERƏCƏK?
RƏSUL QULİYEVLƏ YOLLAR AYRILDI: AMMA QARANTİYA MƏSƏLƏSİ BİTMƏYİB

DİA.AZ: - Fövqəladə Hallar Nazirinin muavini Orucəli Hacıyev hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan keçmiş spiker Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasını yerləşdiyi qərərqahdan atıb. Bu barədə DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatda deyilir.

Mətbuatda iddia olunanlara görə, nazir muavini Orucəli Hacıyev, Kəmaləddin Heydərov və Əsgərov qardaşları özlərini qarantiya altına almaq üçün Rəsul Quliyevin partiyasını qərargah ilə təmin etmişdilər. Yəni burada “olmadı elə, oldu belə” prinsipindən çıxış edilərək, təminat tədarükü məqsədinin güdüldüyü iddia olunurdu. Rəsul Quliyev və partiyası gözlənilən fəaliyyəti göstərə bilmədikləri üçün, hətta müxalifətin əsas bloku sayılan Milli Şurada vacib nöqtədə dayana bilmədiyindəön ACP-ni yerləşdiyi qərargahdan qovdular. Bunu da mənbəmiz iddia edir.

Mənbənin söylədikləri: “Hal hazırda binanı Sülhəddin Əkbər boşaldıb. Yeni bir maraqlı və heyrətamiz bir məsələ var ki, Orucəli Hacıyevin qayınları - Əsgərov qardaşları bu binanı AXCP-yə və yaxud da ümumi olaraq Milli Şuraya icarəyə verməyə hazırlaşır.

Bu istiqamətdə artıq danışıqlar da başlayıb. Yaxın vaxtlarda yekun qərar veriləcək”.

Bu məsələni dəqiqləşdirmək üçün Azər Əsgərovla əlaqə saxladıq və o da öz növbəsində sözügedən mövzuda danışmaq istəmədiyini dedi. “Mən üstümə düşən vəzifələri yerinə yetirirəm” dedi və telefonu üzümüzə bağladı.


Geri qayıt