Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİNİN "KANTORUNDA" İLGİNC MAXİNASİYA

ARDNŞ ŞEFİNİN "KANTORUNDA" İLGİNC MAXİNASİYA


29-08-2013, 13:11
ARDNŞ ŞEFİNİN "KANTORUNDA" İLGİNC MAXİNASİYA
DİA.AZ: - ARDNŞ ölkənin ən geniş əlaqələrə malik və maddi imkanlarına görə ən yüksək dövlət şirkətlərindən biridir. Amma bu quruma aid müxtəlif müəsisələrlə bağlı kifayət qədər maxinasiya məlumatları var. Belə məlumatlardan biri də Bakı Məişət Maye-Qaz qapalı Səhmdar Cəmiyyəti Horadiz Maye-Qaz məntəqəsinə aiddir.

DİA.AZ-a daxıl olan məlumata görə Horadiz Maye-Qaz məntəqəsinin müdiri Məmmədov Vidadi Hüseyin oğlu böyük vəsaitlərlə hesablanacaq maxinasiyalara imza atır. ARDNŞ-ə tabe olan bu müəsisədə hər ay saxta əmək haqqı cədvəli tutaraq Bakıda, Rusiyada yaşayan heç bir dəfə də olsun qaz məntəqəsi ilə əlaqəsi olmayan adamların adını rəsmi cədvələ salıb ayda 1000 manat pulu saxta yolla idarə rəhbəri özü imza edərək mənimsəyir. Bizə məlumat verən mənbə həmin şəxslərin adın da sadalayır:“Əhmədov Ədalət, Mehtiyev Emin, Abbasov Rafiq, Ağayev Mətləb, Məmmədov Şakir”. Mənbəmizin sözlərinə görə hər ay bunların adlarına cədvəldə fəhlə yazıb pul mənimsəyir.

Amma Vidadi Məmmədovun maxinasiyaları bununla yekunlaşmır. Mənbəmiz bildirir: “Horadiz Maye-Qaz məntəqəsinin müdiri qazdoldurma məntəqələrində qaza görə daşınmaya saxta cədvəl tutaraq özü imza edərək ayda 5000 manat pulu mənimsəyir, hər reys 130-150 manat pul yazıb heç kim imza etmir özü saxta imza edir pulu götürür baş idarəni aldadır.İdarədən qazı əhaliyə satmaq üçün 1kq-nı 0.37 qəpikdən verildiyi halda məntəqə müdiri 1kq qazı zapravkalara 0.42 qəpikdən satır” Görəsən bunu cəmiyyətin sədri Salmanov bilirmi?

Bizə daxil olan məlumata görə idarədən yəni məntəqədən Vidadi müəlliminn göstərişinə görə döyüş bölgəsində yaşayan insanlara 13 kq maye qazın balonunu 10 manata satdırır, halbuki məntəqədən 1 kq qaz 0.37 qəpiyə verilir.
Bala Bəhmənlidə məntəqəyə məxsus maye-qaz doldurma stansiyasını V.Məmmədov şəxsən özü üçün işlədir və orada işləyən işçilərin əlavə əmək haqlarını imza edib mənimsəyir.

Horadiz qaz məntəqəsinə məxsus olan dalan dəmir yolunun yeri belə satılıb. Horadiz Maye-Qaz məntəqəsində Fövqaladə Hallar Nazirliyindən yoxlamadan keçməyərək qaz çəni ilə yük daşınır. Məntəqənin ərazisində mal-qara və xırda buynuzlu heyvanlar saxlayır.

Horadiz Maye-Qaz məntəqəsinin müdiri Vidadi Məmmədovun rəsmi iş yeri Horadizdə olduğu halda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Bu şəxs həm də bizneslə məşğuldur və ayda bir dəfə Horadizə işə gəlib hesabını alır 25-i 26 –da . Bütün bunlara yerli İcra orqanları göz yumur. Mənbəmiz bildirir ki, V.Məmmədov dəfələrlə yaxın ətrafı ilə söhbətində toxunulmaz olduğun deyib: “Hər ay icra başçısına son model kostyumlar, ayaqqabılar, saroçkalar alıb verirəm mənə o nəyə deyə bilər”.

Geri qayıt