Əsas Səhifə > Siyasət, Manşet > FƏRHAD ƏLİYEVİN YAŞADIQLARINI YAŞAMALI OLDU

FƏRHAD ƏLİYEVİN YAŞADIQLARINI YAŞAMALI OLDU


29-08-2013, 13:05
FƏRHAD ƏLİYEVİN YAŞADIQLARINI YAŞAMALI OLDU
HƏDƏFDƏ OLAN KƏRƏM HƏSƏNOVUN ƏLİNDƏKİ İMKANLAR NƏZARƏTƏ ALINIR

DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun seçkilərdən sonra görəvindən alınacağı haqda xəbərlər hələ xeyli əvvəldən yayılıb. Bu gün isə DİA.AZ-a komitə sədri ilə bağlı indidən bir sıra tədarük xarakterli addımların atılması barədə informasiya daxil olub.

Bilgili mənbənin redaksiyamıza ötürdüyü xəbərə görə, keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin ardından vəzifəsini itirəcək Kərəm Həsənovun əlindəki iqtisadi rıçaqlar da nəzarət altına alınır.

Bu barədə mənbənin söylədikləri: «Zamanında Kərəm Həsənov hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin obyektlərini ələ keçirmişdi və onun dağılan tifağı üzərində özünə biznes imperiyası qurmağa müvəffəq oldu. İndi isə fələyin çərxi tərsinə fırlanmaqdadır. Onu hədəfə alıblar və onun əlindəki imkanlara əl qoyulur».

Mənbəmiz bildirir ki, bu günlərdə Kərəm Həsənova aid obyektlərdən birinə əl qoyulub: «Təbii ki, proses bununla bitməyəcək. Komitə sədrinin deputat qardaşının əlindəki imkanlar da nəzarətə götürüləcək. Artıq proses başlayıb və Kərəm Həsənovun vəzifəsini itirmə anına qədər davam edəcək».

Geri qayıt