Əsas Səhifə > Siyasət, Manşet > «BİNƏ» TİCARƏT MƏRKƏZİNİN AQİBƏTİ BƏLLİ OLDU
«BİNƏ» TİCARƏT MƏRKƏZİNİN AQİBƏTİ BƏLLİ OLDU29-08-2013, 12:19 |
KƏBİRƏ MƏMMƏDOVANIN RƏQİBLƏRİ NƏHAYƏTDƏ ONU YENƏ BİLİBLƏR DİA.AZ: - Ətrafında müxtəlif oyunlar gedən «Binə» Ticarət Mərkəzi fəaliyyətini dayandıra bilər. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr ötürüb. Qaynaq iddia edir ki, ticarət mərkəzinin yerləşdiyi hazırki ərazidə böyük inşaat işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Mənbənin söylədikləri: «Əslində Kəbirə Məmmədovanın rəhbərlik etdiyi bu ticarət mərkəzi çoxdandır hədəfdədir və rəqibləri onun bağlanmasına çalışırlar. Ona görə də illərdir «Binə»nin yerləşdiyi əraziyə dövlət layihələrindən birinin salınmasına çalışılır. Artıq buna nail olunub də. Bu günlərdə yekun qərar veriləcək». Mənbəmiz onu da əlavə edir ki, ticarət mərkəzin sökülməsi seçkilərdən sonraya təsadüf edəcək: «Onun başqa bir yerə köçürülüb-köçürülməyəcəyi haqda isə heç bir məlumat yoxdur». Geri qayıt |