Əsas Səhifə > Gündəm, Manşet > MBASK SIĞORTA VƏTƏNDAŞI NECƏ CƏNCƏLƏ SALIB?
MBASK SIĞORTA VƏTƏNDAŞI NECƏ CƏNCƏLƏ SALIB?29-08-2013, 12:07 |
“SIĞORTA VAXTI DEYİRLƏR, ƏN YAXŞI SIĞORTAYIQ. SONRA OYUN ÇIXARIRLAR DİA.AZ: - Redaksiyamıza Zaqatala sakini Rəvan Əliyevin adından şikayət məktubu daxil olub. DİA.AZ-a ünvanladığı müraciətində narazı vətəndaş yazır: “Mən Zaqatala sakini Rəvan Əliyev 4 ay əvvəl idarə etdiyim 90 NN 915 dövlət nömrə nişanlı şəxsi maşınımla Bakı şəhəri ərazisində qaza törətdim. Maşınımı MBASK sığorta şirkətində sığorta etdirmişdim. Qəzadan sonra MBASK sığorta şirkətinin mərkəzi ofisinin əməkdaşı Natiq Məmmədov ilə görüşdüm. Başıma min oyun açdılar. Dedi ki, maşını apar Zaqatalaya təmir pulunu verəcəyik. Mən də evakuatorla maşını apardım Zaqatalaya. Sonra dedi ki, yox, biz pul vermirik. Maşını yenidən gətir Bakıya. Yenidən evakuatorla maşını Bakıya gətizdirdim. 500 manat yol xərcinə pulum çıxdı. Maşını “KIA motors”un servisində təmirə götürdülər. 4 aydır məni Natiq Məmmədov yubadır. Dünən maşını götürməyə getmişəm və mənə deyir ki, indi maşının təmir pulunu sən ödəməlisən. Çünki maşının kreditdədir. Bu zaman mən hansı oyuna düşdüyümü anladım. Deyəndə şikayət edəcəm, mənə deyir ki. istəyirsən get prezdentə şikayət elə, biz dövlət qurumu deyilik. Mən də artıq bu özbaşınalıqdan yorulmuşam və qərara gəlmişəm ki, maşını elə KIA motorsun servisində yandırım. Təki bunlardan xilas olum Sığorta edəndə deyirlər, ən yaxşı sığortayıq. Elə ki hadisə olur, insanların başına oyun açırlar”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |