Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEVƏ QARŞI ƏLAVƏ İTTİHAMLAR VAR

ELŞAD ABDULLAYEVƏ QARŞI ƏLAVƏ İTTİHAMLAR VAR


29-08-2013, 10:20
ELŞAD ABDULLAYEVƏ QARŞI ƏLAVƏ İTTİHAMLAR VAR
DÜNƏN KEÇMİŞ REKTORUN HƏBS OLUNMASI HAQDA DA XƏBƏRLƏR YAYILDI

DİA.AZ: - Keçmiş ABU rektoru Elşad Abdullayevlə bağlı sosial şəbəkələrdə dünən axşam saatlarından ilginc xəbərlər yayılmağa başlayıb. DİA.AZ bildirir ki, yayılan məlumatlarda sabiq rektorun Ukraynada həbs edildiyi söylənilir və Azərbaycana gətirilməsi üçün hüquqi işləmlərin həyata keçirildiyi bildirilir.

Lakin bu məlumat axşam saatlarından bu saata qədər hələlik təsdiqlənməyib. Bildirək ki, bir neçə gün əvvəl, daha dəqiqi 26 fevral tarixindən barəsində beynəlxalq axtarış qərarı çıxarılan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru ilə bağlı redaksiyamıza yeni məlumatlar da daxil olub.

Məlumatlı mənbənin DİA.AZ-a ötürdüyü informasiyaya görə, əslində Elşad Abdullayevə qarşı bir neçə ittiham üzrə cinayət işi qaldırıla bilərdi: «Amma bu məsələdə kifayət qədər təmkinli olan rəqibləri keçmiş rektorla bağlı artıq Ukraynada hüquqi araşdırmalara başlanıldığını gördüklərindən əlavə ittihamları ertələdilər. Bu həm də keçmiş rektora qarşı hər hansı qərəzin olmadığını sübutlamaq üçün lazım idi».

Mənbəmiz iddia edir ki, amma buna baxmayaraq Elşad Abdullayev Azərbaycana gətiriləcəyi təqdirdə əlavə ittihamlarla da mühakimə olunacaq.

Geri qayıt