Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOVUN “YADİGARI” İŞ BAŞINDADIR

MİSİR MƏRDANOVUN “YADİGARI” İŞ BAŞINDADIR


28-08-2013, 17:56
MİSİR MƏRDANOVUN “YADİGARI” İŞ BAŞINDADIR
DİA.AZ: - Yeni dərs ilinin başlamasına az müddət qalıb. Və yenə də köhnə problemlər ortaya çıxmaqdadır. Hətta nazirin yeni olması da vəziyyəti dəyişmədi. Ən azından dərslik bazarında. Çünki hələ də bu istiqamətə Misir Mərdanovun “yadigarlarından” olan Faiq Şahbazlı nəzarət etməkdədir.

DİA.AZ-a müraciət edən valideynlər də bildirir ki, pulsuz verilməli olan dərsliklər yenə də satışdadır. Valideynlərdən biri olan, Bakı şəhər sakini Cəlal Əlirzayevin elektron poçtumuza ünvanladığı məktubda deyilir: “Mən fəhlə babayam. 3 uşağım var. Hamısı da məktəbli. Yeməklərinə zar-zor pul tapıram. Dərslikləri də pulla alanda artıq ac qalmalı olacağıq.

Ümidimiz Mikayıl müəllimə idi. Düşündük ki, o nazir təyin ediləndən sonra vəziyyət düzələnə doğru gedəcək. Amma olmadı. Görünür, gücü yetmir”.

Onu da bildirək ki, redaksiyamızın əməkdaşları artıq satışda olan dərsliklərlə bağlı reydlər keçirib, bir neçə ünvanda olublar. Bununla bağlı araşdırma materailı yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik.

Geri qayıt