Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEV UŞAQ BAĞÇALARINI DA İTİRDİ

RÖVNƏQ ABDULLAYEV UŞAQ BAĞÇALARINI DA İTİRDİ


11-01-2012, 14:15
RÖVNƏQ ABDULLAYEV UŞAQ BAĞÇALARINI DA İTİRDİ

ARDNŞ GET-GEDƏ “LÜTLƏNİR”

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) qeyri-profil aktivlərinin digər dövlət qurumlarının balansına verilməsi prosesi davam edir.

ARDNŞ-in uşaq bağçaları və körpələr evi Bakı şəhər İcra Hakimiyyətinə verilib. «APA-ECONOMICS»in məlumatına görə, Nazirlər Kabinetinin müvafiq sənəncamı ilə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin balansında olan hüquqi şəxs olmayan məktəbəqədər tərbiyə müəssisələrinin daşınmaz və daşınar əmlakı Bakı şəhər İcra Hakimiyyətinin balansına verilib.

Bura, Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 39 körpələr evi və uşaq bağçası daxildir. Sərəncamda Bakı şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, bu müəssisələrdə çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirsin.

Geri qayıt