Əsas Səhifə > Güney Press / Manşet > ƏSƏBİLƏŞƏN AZAL ŞEFİ DİPLOMATLARI TƏHQİR EDİB
ƏSƏBİLƏŞƏN AZAL ŞEFİ DİPLOMATLARI TƏHQİR EDİB28-08-2013, 16:36 |
![]() DİA.AZ: - Bu gün Milli Şurada təmsil olunan müxalifət liderləri Bakının "Land Mark" otelində ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə görüşündə qalmaqal yaranıb. DİA.AZ bildirir ki, bu barədə 30gun.az xəbər yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, "Land Mark" otelinin 9-cu mərtəbəsindəki restoranda müxalifət nümayəndələri ilə diplomatik korpusunun nümayəndələrinin müzakirələri zamanı "AZAL"ın rəhbəri Cahangir Əsgərov başının dəstəsi ilə içəri daxil olub. Cahangir Əsgərov otelin administratorunu çağıraraq ona bildirb ki, bunları kim bura buraxıb. Administrator Cahangir Əsgərova orda tək müxalifət nümayəndələri deyil səfirlik əməkdaşlarının olduğunu izah etməyə çalışıb. Lakin Cahangir Əsgərovun əsəbləri dözməyərək ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin ünvanına xoşagəlməz sozlər işlədib. Bundan sonra "AZAL" rəhbəri otelin administratorunu cəzalandıracağı ilə hədələyib. Geri qayıt |