Əsas Səhifə > Siyasət, Manşet > SEÇKİDƏN SONRA BAŞ NAZİRİN İKİ MÜAVİNİ DƏ GEDİR
SEÇKİDƏN SONRA BAŞ NAZİRİN İKİ MÜAVİNİ DƏ GEDİR28-08-2013, 12:42 |
BAŞ NAZİRLƏ YANAŞI, ELÇİN ƏFƏNDİYEV VƏ ABİD ŞƏRİFOV DA YOLA SALINIR DİA.AZ: - Prezident seçkilərinin ardından kimlərin vəzifələrini itirəcəyi, kimlərin prezidentin yeni komandasında yer alacağı ilə bağlı bu vaxta qədər müxtəlif informasiyalar yayılıb. Elə DİA.AZ-a daxil olan son informasiyada da bu məqama toxunulub və daha iki yeni fiqurun prezident seçkilərinin ardından yüksək vəzifə tutacağı haqda məlumatlar var. Nazirlər Kabinetindəki mötəbər mənbənin DİA.AZ-a verdiyi xəbərə görə, prezident seçkilərindən dərhal sonra baş nazirin iki müavini - Abid Şərifov və Elçin Əfəndiyev vəzifələrini itirəcəklər. Xatırladaq ki, keçmiş ABU rektoru Elşad Abdullayevin məlum videobombardmanı zamanı hədəflərdən biri kimi diqqətə gələn Elçin Əfəndiyevin hələ həmin ərəfədə vəzifəsini itirəcəyi söylənilirdi. Amma bu, baş vermədi. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, lakin həm Elçin Əfəndiyevin və həm də Abid Şərifovun vəzifələri ilə vidalaşma tarixi seçkilərdən sonraya təsadüf edəcək: «Artıq onların yerinə kimlərin gətiriləcəyi də məlumdur. Hazırda biri millət vəkili, biri isə icra başçısı postunu tutan həmin şəxslər prezidentin yeni komandasında sonradan da mühüm məqamlara doğru irəliləmə fürsətinə malikdirlər». Bildirək ki, seçkilərdən sonra Artur Rəsizadənin də baş nazir kimi təsdiqlənməyəcəyi, həmin vəzifəyə hazırda nəqliyyat naziri postunu tutan Ziya Məmmədovun gətiriləcəyi deyilir. Ziya Məmmədovun yerinə isə «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun təyin ediləcəyi söylənilir. Geri qayıt |