Əsas Səhifə > Gündəm, Manşet > SİYƏZƏNDƏ İLGİNC PULTOPLAMA KAMPANİYASI
SİYƏZƏNDƏ İLGİNC PULTOPLAMA KAMPANİYASI28-08-2013, 11:50 |
İCRA BAŞÇISININ ADINDAN BÜTÜN SAHİBKARLARA XƏBƏRDARLIQ EDİLİB DİA.AZ: - Siyəzən rayonunda da seçkiqabağı durum gərginləşməkdədir. Bu barədə DİA.AZ-a rayon sakinləri məlumat verib. Sakinlər bildirir ki, icra hakimiyyətinin başçısı Arif Qasımov rayon ərazisindəki obyektlərə total hücum əmri verib. Sakinlər redaksiyamıza yazırlar: «Arif Qasımovun adından bu həftənin birinci günündən, səhər saatlarından etibarən rayon mərkəzində və digər ərazilərdəki obyekt sahiblərinə xəbərdarlıq edilib. Əslində xəbərdarlıqlarının mahiyyəti aydındır. Hər bir sahibkardan rayondakı abadlıq işlərində, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri istənilib ki, bunun da arxasında konkret olaraq maddi marağın dayandığı faktdır». Xatırladaq ki, hələ bu ilin 12 fevral tarixində prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən müşavirədə də bu məqama toxunulmuşdu və icra başçılarına xitab edən dövlət başçısı sərt şəkildə bildirişdi ki, heç bir icra başçısı hansısa sahibkarı zorla hansısa prosesə cəlb edə bilməz. Amma görünür, Arif Qasımov üçün bu kimi xəbərdarlıqlar yetərsizdir. Elə bunu ifadə edən rayon sakinləri DİA.AZ-a müraciətlərində qeyd edirlər ki, dünən axşam saatlarından artıq 10-a yaxın sahibkardan ən azından 1000-5000 manat arası pul toplanılıb: «Hər kəs bu pulu vermək zorundadır. Yoxsa obyekti bağlana bilər. Düzdür, bunu açıq şəkildə ifadə etmirlər. Amma biz nələrin baş verəcəyini yaxşı bilirik». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir… *** Bu gün, 16:29 DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, Siyəzəndə icra başçısının adından yerli sahibkarlardan pul yığımına start veriblər. Bununla bağlı DİA.AZ-a qarşı tərəf olaraq Siyəzən icra hakimiyyəti adından reaksiya verilib. Portalımıza açıqlama verən Siyəzən rayon icra hakimiyyəti başçısının müavini Etibar Heydərov bildirdi ki, deyilənlər həqiqətə uyğun deyil və icra başçısı Arif Qasımov rayonda görülən işlərlə əlaqədar heç bir obyekt sahibinə tapşırıq verməyib. Geri qayıt |