Əsas Səhifə > Gündəm, Manşet > RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILAR NƏ İSTƏYİR?

RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILAR NƏ İSTƏYİR?


28-08-2013, 11:19
RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILAR NƏ İSTƏYİR?
PREZİDENT İLHAM ƏLİYEVƏ İLGİNC MÜRACİƏT: ABBAS ABBASOV HƏRƏKƏTDƏ

DİA.AZ: - Rusiyada yaşayan soydaşlarımız adından yeni müraciət yayılıb. DİA.AZ-a daxil olan müraciətin mətnində Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərindən danışılır və ilginc faktlar açıqlanır.

Müraciətdə deyilir: «Azərbaycan seçicilərinin kifayət qədər böyük bir hissəsi bu gün Rusiyada yaşayır. Müxtəlif rəqəmlər var. Amma ən azından 700 minə yaxın seçici bu gün Rusiyadadır və bu faktdır. Bu seçicilərin isə böyük əksəriyyəti Rusiyanın ayrı-ayrı ticarət yerlərində, bazarlarda işləyərək Azərbaycandakı ailələrini saxlayırlar. Hər ay Rusiyadan Azərbaycana təxminən 100 milyon dollara yaxın pul göndərilir. İndi isə bu adamlar təhlükə altındadır.

Biz prezidentimiz cənab İlham Əliyevə müraciət edərək Rusiyada yaşayan azərbaycanlılara saib çıxmasını istəyirik.

Möhtərəm prezident. Bütün seçkilərdə səsimiz sizin olub və bu seçkidə də bel olacaq. Hətta dövlətimiz bu müraciətimizi nəzərə almasa belə, yenə də prezidentimizin yanındayıq. Dövlətdən küsmək olmaz.

Amma Rusiyada müxtəlif hadisələr baş verir. Xüsusən də Rusiya prezidenti cənab Vladimir Putinin Azərbaycana səfərinin ardından Moskvada yaşayan azərbaycanlılarla bağlı şübhəli işlər həyata keçirilir. Son günlər Abbas Abbasovun rəhbərlik etdiyi Rusiya Azərbaycan Təşkilatları İttifaqının üzvləri rus polisinin hədəfinə çevrilmiş azərbaycanlılara guya ki, arxa dururmuş kimi davranırlar.

Amma əslində problemi özləri yaradıblar. Bizim əlimizdə danıomaz faktlar var. Amma indii özlərini elə aparırlar ki, guya miqrant düşərgələrində saxlanılan azərbaycanlılara arxa dururlar. Artıq 20-yə yaxın azərbaycanlını miqrant düşərgəsindən Abbas Abbasovun adından çıxarıblar. Bu, birbaşa olaraq sui-istifadə cəhdidir.

Biz öz dövlətimizdən xahiş edirik ki, Rusiyada yaşayan azərbaycanlılara yardım etsin. İlk olaraq miqrant düşərgəsində saxlanılan və sayları təxminən 350 nəfərə çatan azərbaycanlının sənədlərinin qaydasına salınmasına və Rusiyada əvvəlki təhlükəsizlik şəraitində çalışmasına dəstək verilsin. Sonra isə buradakı təxribatçı qüvvələrin durdurulması üçün Rusiyadakı diplomatlarımızın əli ilə lazımi işlər görülsün. Əks halda, burada müxtəlif şaiyələr yayılır ki, biz də dövlətimizin taleyindən narahat olan insanlar kimi bu təxribatlardan tədirginik».

Geri qayıt