Əsas Səhifə > Hadisə > GÜLƏR ƏHMƏDOVANIN MƏHKƏMƏSİ BAŞLAYIR

GÜLƏR ƏHMƏDOVANIN MƏHKƏMƏSİ BAŞLAYIR


28-08-2013, 10:57
GÜLƏR ƏHMƏDOVANIN MƏHKƏMƏSİ BAŞLAYIR
Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

G. Əhmədovanın vəkili Raqif Mustafayevin APA-ya verdiyi məlumata görə, ibtidai istintaqın yekunlaşması tərəflərə elan olunub: “Hazırda Gülər Əhmədova cinayət işinin materialları ilə tanış olur. Ondan sonra vəkillər də cinayət işinin materialları ilə tanış olacaq” .

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

Geri qayıt