Əsas Səhifə > Siyasət, Manşet > OLİQARXLARIN İNŞAATDAKI NÜFUZ DÖNƏMİ BİTİR

OLİQARXLARIN İNŞAATDAKI NÜFUZ DÖNƏMİ BİTİR


27-08-2013, 12:13
OLİQARXLARIN İNŞAATDAKI NÜFUZ DÖNƏMİ BİTİR
SEÇKİLƏRDƏN SONRA TİKİNTİ SEKTORU VAHİD MƏRKƏZDƏN İDARƏ OLUNACAQ

DİA.AZ: - «Prezident seçkilərindən sonra inşaat sektoruna da əl gəzdiriləcək». Bu ilginc məlumat DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən daxil olub.

İnformasiyanı verən qaynaq iddia edir ki, hazırda nüfuzlu məmurlar arasında paylaşdırılan inşaat sektorunda əsas ağırlıq fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olsa da, seçkilərdən sonra bu istiqamətin bir əldə cəmləşdirilməsi siyasəti yürüdüləcək.

Mənbənin söylədikləri: «Əslində belə bir qərarın verilməsi tikinti bazarındakı pərakəndiyin aradan qaldırılmasına səbəb olacaq. Amma yenə də qeyri-təbii yolla inhisarlaşdırma mənzil bazarındakı qiymətlərə də təsir göstərəcək ki, atılması nəzərdə tutulan addım məhz bu baxımdan təqdirəlayiq hesab olunmur».

Amma bir məqam da var ki, bu vaxta qədən minlərlə Azərbaycan vətəndaşı məhz tikinti sektorundakı özbaşınalıqların qurbanı olub. Bunu deyən mənbəmiz söyləyir ki, ayrı-ayrı iş adamlarının inşaat sahəsinə müdaxiləsi, daha çox pul qazanma həvəsi son nəticədə minlərlə vətəndaşın pullarının fırıldaq yolu ilə mənimsənilməsinə gətirib ıxarıb: «Təbii ki, pulunu itirmiş vətəndaşlar üçün də şikayət ünvanı Prezident Administrasiyasının qarşısıdır. Məhz bu kimi halların baş verməməsi üçün inşaat sektorunun vahid əldə cəmləşdirilməsi siyasəti doğru qərardır».

Geri qayıt