Əsas Səhifə > Hadisə > BAKIDA 17 YAŞLI QIZI QAN İÇİNDƏ TAPDILAR

BAKIDA 17 YAŞLI QIZI QAN İÇİNDƏ TAPDILAR


27-08-2013, 11:46
BAKIDA 17 YAŞLI QIZI QAN İÇİNDƏ TAPDILAR
Bu gecə saat 00:34 radələrində Bakının Xətai rayonunda 17 yaşlı qız ailəsinə dəhşətli anlar yaşadıb. Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Şamil Əzizbəyov 203 ünvanında 1996-cı il təvəllüdlü Günay Abdullayeva damarlarını doğrayıb. Qızın valideynləri onu yatağında qan içində tapıblar.

Qızı ölüm ayağında tapan valideynləri onu təcili olaraq xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində 17 yaşlı Günay ölümün pəncəsindən xilas edilib. Lakin onun vəziyyəti tam yaxşılaşmadığı üçün polis onun izahatını ala bilməyib.

Hazırda qızın nə səbəbdən özünə qəsd etmək istəməsi arşadırılır.

Geri qayıt