Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT ABBAS ABBASOVU BAĞIŞLAYACAQMI?
HAKİMİYYƏT ABBAS ABBASOVU BAĞIŞLAYACAQMI?27-08-2013, 11:37 |
HƏR ŞEY ƏKSİNƏDİR: HƏTTA AYDIN ABBASOVUN MANDATI DA TƏHLÜKƏDƏDİR DİA.AZ: - Bu günlərdə mətbuata açıqlama verərək özünün hədəfdə olmadığını bildinə baş nazirin keçmiş müavini Abbas Abbasovun əslində nələrisə, reallıqda baş verənləri gizlətməsi elə işlətdiyi ifadələrindən də aydın şəkildə duyulmaqda idi. Bununla bağlı bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada da bildirilir ki, vəziyyət Abbas Abbasovun təsvir etdiyinin tam tərsi formasındadır. Mənbənin söylədikləri: «Təbii ki, Kremlə rəsmi Bakının münasibət gərginliyi fonunda Abbas Abbasov Azərbaycana qarşı rusların planında bir təzyiq aləti kimi çıxış etdi. Bu fakt isə heç bir zaman unudula bilməz. Hər halda, «Milyarderlər İttifaqı»nın qayəsində hansı məramın dayandığını Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov zamanında açıqlamışdı. Əli Həsənov net şəkildə Rusiya Azərbaycan Təşkilatları İttifaqının təzyiq aləti olduğunu söylədi. Yəni bu açıqlamanı, qiymətləndirməni rəsmi Bakının mövqeyi kimi qəbul etmək lazımdır. Belə bir şəraitdə isə Abbas Abbasov prezidentlə, dövlətin başında dayanan ayrı-ayrı şəxslərlə görüş üçün müraciətlər etdi. Yəni təkbətək şəraitdə izahat zərurəti yaranmışdı. Bir izahat zərurəti var idisə, demək, bu həm də Abbas Abbasovun heç də yaxşı olmayan bir planda iştirakının etiraf idi». Mənbəmiz iddia edir ki, artıq ruslarla yollaşan rəsmi Bakı artıq ona bir dəfə xəyanət etmə fürsətini qaçırmamış Abbas Abbasova da əvvəlki etimadını nümayiş etdirmir: «Nəinki etimad göstərmir, hətta onun Bakı ilə təmaslarını da birdəfəlik qırma yolunda addımlar atılacaq. Təbii ki, bu əsnada Abbas Abbasovun deputat oğlunun da taleyi kifayət qədər qaranlıqdır». Xatırladaq ki, bir neçə gün əvvəl Aydın Abbasovun deputat mandatının əlində alınması yönündə müəyyən informasiya bazarlığı oldu. Bunu xatırladan mənbəmiz bildirir ki, ən azından seçkilərdən sonra Aydın Abbasov hansısa şəraitdə mandatını itirəcək: «Bağışlanma kimi davranış hakimiyyətin ümumi prinsiplərinə ziddir». Geri qayıt |