Əsas Səhifə > Hadisə > MƏHKƏMƏ MİSİR MƏRDANOVUN QƏRARINI ALT-ÜST ETDİ

MƏHKƏMƏ MİSİR MƏRDANOVUN QƏRARINI ALT-ÜST ETDİ


10-01-2012, 15:53
MƏHKƏMƏ MİSİR MƏRDANOVUN QƏRARINI ALT-ÜST ETDİ

“BİZ BUNUNLA RAZIYIQ VƏ BU QƏRARLARA HÖRMƏTLƏ YANAŞIRIQ”

Diplomlarının saxta hesab edilməsi ilə bağlı işdən uzaqlaşdırılan və bununla əlaqədar Cəlilabad rayon Məhkəməsinə müraciət edən müəllimlərin böyük bir qismi işlərinə bərpa olunublar.

Məlumatı təsdiq edən Cəlilabad rayon Məhkəməsindən APA-ya bildirilib ki, müəllimlərin şikayətləri ilə bağlı 76 şikayət üzrə məhkəmə işinə xitam verilib: “Onlar işdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət ediblər. Həmin şəxslərin işə bərpası ilə bağlı rayon təhsil şöbəsi və məktəb direktorları arasında razılaşmalar olub, barışıq sazişi imzalanıb, məhkəmə bu sazişə əsasən işlərin hamısına xitam verib”.

Məlumata görə, 76 şikayət üzrə məhkəməyə müraciət edən təhsil işçilərinin bir qismi əvvəllər Neftçalada fəaliyyət göstərən Qızlar Kollecinin 1992-93-cü tədris illəri üzrə məzunları, fəaliyyəti dayandırılan digər texnikum və kolleclərin məzunları olub. Onlar oxuduqları təhsil müəssisələrinin Təhsil Nazirliyi tərəfindən qeydiyyatda olması ilə bağlı sənədlər təqdim ediblər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə APA-ya bildirib ki, nazirlik qanunların aliliyini üstün tutur: “Azərbaycanın hər hansı bir rayonunda işdən uzaqlaşdırılan təhsil işçiləri məhkəməyə müraciət edibsə və öz işlərinə məhkəmə qərarı ilə bərpa olunubsa, biz bununla razıyıq və bu qərarlara hörmətlə yanaşırıq”.


Geri qayıt