Əsas Səhifə > Cəmiyyət, Manşet > İRANLI HƏRBÇİ AZƏRBAYCANI HƏDƏLƏDİ

İRANLI HƏRBÇİ AZƏRBAYCANI HƏDƏLƏDİ


10-01-2012, 15:49
İRANLI HƏRBÇİ AZƏRBAYCANI HƏDƏLƏDİ

MOLLA REJİMİ NAXÇIVANI ƏRZAQSIZ QOYA BİLƏR

DİA.AZ: - İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı Hüseyn Zülfüqari də ölkəmiz əleyhinə təbliğata qoşulub. Belə ki, o, fars xəfiyyəsinin Azərbaycana qarşı əsas təbliğat silahlarından olan “Səhər” kanalı müxbirinin sualını cavablandırıb. Bu barədə “arannyus”un yaydığı məlumatı olduğu kimi diqqətiniza çatdırırıq:

“İran İslam Respublikasının Sərhəd Qoşunları komandanı Hüseyn Zülfüqari bu gün səhər bir mətbuat konfransında Səhər kanalı müxbirinin Azərbaycan Respublikası rəsmilərinin sözləri ilə bağlı sualına cavabda deyib:" Son vaxtlar, Azərbaycan Respublikası sərhədçiləri silahlı surətdə İran torpağına daxil olmuşdular. Onlar bir hücum şəkilində bizim sərhəd məmurlarımıza yaxınlaşma vəziyyətində idi və bizim qüvvələrin xəbərdarlığı ilə iki Azərbaycan Respublikası sərhədçisi öz silahını yerə qoydu. Lakin onların biri hücum vəziyyətində bizim məmurlara tərəf yaxınlaşma vəziyyətində idi ki, sərhədçilərimiz bu Azərbaycan Respublikası zabitini ayağından vurmaq niyyəti ilə atəş açıblar. Lakin güllə səhvən bu şəxsin qarın nahiyəsinə dəyir və o vəfat edir. Azərbaycan Respublikasının Sərhəd Qoşunları öncə iddia etdi ki, toqquşma həmin ölkənin ərazisində baş verib. Ancaq bizim qüvvələrimiz cənazəni İran sərhədinə köçürüblər".

Hüseyn Zülfüqari İran sərhədçisinin Azərbaycan Respublikası qüvvələri tərəfindən şəhid edilməsinə işarə edərək, əlavə edib:" Azərbaycan Respublikası sərhədçisinin ölüm hadisəsindən sonra həmin ölkənin qüvvələri bizim silahsız olan bir əsgərimizi 14 güllə ilə şəhid etdilər ki, bu da Azərbaycan Respublikası məmurlarının qəsdən atəş açdıqlarına dəlalət edir. Əgər onlar anlaşma və həmkarlıq iddiasındadırlarsa, onların rəftarları ilə sözləri bir-birindən fərqlənməməlidir. Onlar əməldə də sözləri kimi olmalıdırlar".

İran İslam Respublikasının Sərhəd Qoşunları komandanının sözlərinə görə Azərbaycan Respublikasından İrana orqan qaçaq edilməsi eləcədə İrandan narkotik maddələrin tranzit olunmasına dair ittihamların ağ yalandan başqa bir şey olmadığını bildirərək, bu kimi ittihamların vurulmasını bir ölkəyə layiq olmayan hərəkət adlandırıb.

Hüseyn Zülfüqari sonra deyib:" Narkotik maddələrə qarşı mübarizə istiqamətində İranın şərq sərhədlərində 4 min nəfərin şəhid edilməsi İranın bu sahədəki mübarizələrinin bariz nümunəsidir. Bütün ölkələr buna görə İrana borcludurlar.

İranın Sərhəd Qoşunlarının komandanı sonra söyləyib:" Azərbaycan Respublikasının dostluq iddiasını bu kimi ikili rəftarlarla qəbul edə bilmərik. Onlar bilməlidirlər ki, biz təhlükəsizliyə malik olmayan avtomobillərlə azuqə və yanacağın Naxçıvana köçürülməsinə icazə veririk"”.

Geri qayıt