Əsas Səhifə > Siyasət, Manşet > KANALİZASİYA SULARINDA BOĞULAN İNSANLAR
KANALİZASİYA SULARINDA BOĞULAN İNSANLAR26-08-2013, 11:20 |
BİNƏQƏDİ RAYON İCRA HAKİMİYYƏTİ VƏ DİGƏR QURUMLAR İSƏ PUL GÖZLƏYİR DİA.AZ: - Redaksiyamıza bir qrup Binəqədi sakini adından şikayət məktubu daxil olub. Sakinlər DİA.AZ-a ünvanladıqları məktublarında yazırlar: “Salam hörmətli redaksiya. Biz Binəqədi rayonu Biləcəri qəsəbəsi Su Meleorasiya idarəsi ərazisində məskunlaşan bir qrup məcburi köçkün ailəsi adından sizdən xahiş edirik ki, bizim problemimizi işıqlandırasınız. Məcburi köçkün düşdüyümüz ilk illərdən bu ərazidə acınacaqlı vəziyyətdə birtəhər yaşayıb, nə vaxtsa ağ günə çıxacağımızı gözləyirdık ki, kanalizasiya sularının bir aydan artqdır ki həyətimizə axması və problemimizə aidiyyatı qurumların biganə yanaşması bütün ümidlərimizi heç edib. Dəfələrlə müraciətimizə baxmayaraq, nə Binəqədi icra hakimiyyəti nə bu ərazi üzrə “Qaçqınkom”un səlahiyyətli nümayəndəsi, nə də Su kanalizasiya idarəsinin rəisi Rauf müəllim bizim problemimizi həll etmir. Rauf müəllimə müraciət edib kömək istədikdə, vəsaitinin olmamasını bəhanə edərək heç əraziyə baxışda keçirmədi. Cənab prezidentimiz İlham Əliyevin biz məcburi köçkünlərə göstərdyi diqqət və qayğıya yerli məmurlar kölgə salmaq istəyirlər. Binəqəddəki məmurlar bu adi bir kanalizasiya probleminin həllinə dövlətimizdən külli miqarda vəsait ayrılmasını gözləyirlər. Biz Laçın RİH- dən də kömək istəyirik, bəlkə onlar bizim dərdimizə bir əlac edərlər. Axı onlar seçkidən- seçkiyə heç olmasa, bizi yadlarına salırlar. Körpə uşaqlar evdən bayıra çıxa bilmirlər özümüz isə taxta və kubiklərin üzəri ilə hərəkət edirik”... Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |