Əsas Səhifə > Gündəm, Manşet > RUSİYA İNDİ DƏ SEPARATİZMİ QIZIŞDIRIR
RUSİYA İNDİ DƏ SEPARATİZMİ QIZIŞDIRIR26-08-2013, 11:08 |
MOSKVADA AZƏRBAYCAN ƏLEYHİNƏ ETNİK SEPARATÇILARIN TOPLANTISI DİA.AZ: - Avqustun 24-də Rusiyanın paytaxtı Moskva şəhərində Talış Muğan Respublikasının 20 illiyini qeyd edilib. Tədbirdə giriş sözünü Talış Milli Mədəni Müxtariyyətinin prezidenti Adil Nəsirov açaraq TMR-ın talışların həyatında oynadığı mühüm roldan danışmışdır. Həmçinin Azərbaycanda keçırilən prezident seçkiləri zamanı çaxnaşma olacağını və buna hər bir talışın hazır olmasını və yenidən Talış- Muğan Respublikasının yaradacaqları kimi gülünc və sərsəri ideyalarrı önə irəli sürərəh Azərbaycanı parçalamaq barədə danışmışdır. Sonra Talış Gənclər Birliyinin rəhbəri, tarixçı Vuqar Salayev 1993- cü ilin avqustunda Lənkəranda baş verən hadisələrdən məclis iştirakçılarına danışmışdır və hər bir talışın bu şanlı günlə öyünməli olduğunu qeyd etmişdir. Qondarma Talış-Muğan Respublikasının dağılması tarixindən danışaraq yenidən bu qundarma respublikanı bərpa edəcəkləri qeyd etmişdir. Məclisdə iştirak edənlər bu barədə öz fikirlərini bildirmişdilər. Sonda Talış Milli Mədəni Müxtariyyətinin Rusiyanın diğər şəhərlərində yaradılmasını və mərkəzi ofisin Moskvada təşkil edilməsi və icarəyə götürülməsi barədə qərar qəbul edilib. Sonda Rusiya Şiələrinin dini təşkilatının sədri Famil Cəfərov bu separatçı təşkilata öz xeyir-duasını vermış və gələcək işlərində uğurlar diləmişdir. Avqustun 8- də Talış -Muğan respublikasının yaranmasının 20 illiyi münasibətilə də talış separatçıları Moskvada tədbir keçiriblər. Tədbirdən sonra isə ziyafət təşkil olunub. Məclis iştirakçılarına üzərində Talış- Muğan Respublikasının bayrağı olan bükletlər paylanıb. Nurik Şiriyev talış tədbirdən çəkilən fotoları öz facebook.com səyifəsində yerləşdirib və "Talış-Muğan Respublikasının 20 illiyinə həsr olunmuş tədbir" şərhini yazıb. Qeyd edək ki, bundan əvvəl də Moskvada bir qrup talış separatçısı Azərbaycanın əleyhinə həsr olunmuş məclislər keçiriblər və bu haqda sizləri məlumatlandırmışdıq. P.S. Sübüt üçün şəkilləri və linkləri qeyd edirik. https://www.facebook.com/profile.php?id=100001266359163&fref=ts- Нурик Шириев https://www.facebook.com/talishskaya.pravda?fref=ts- Талышская Правда ( Azərbaycanın əleyhinə qarşı materiallara bu səhifədə tez-tez rast gəlinır.) Belələrini xalqımıza göstərməkdə məsuliyyət siz jurnalistlərin üzərinə düşür. Babək ƏMİROV DİA.AZ-dan: Redaksiyamızın internet adresinə daxil olan bu materialla bağlı bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |