Əsas Səhifə > Cəmiyyət > HACIBALA ABUTALIBOVDAN ABSURD QƏRAR

HACIBALA ABUTALIBOVDAN ABSURD QƏRAR


10-01-2012, 14:35
HACIBALA ABUTALIBOVDAN ABSURD QƏRAR

MER İŞ YERİNDƏ NAMAZA QADAĞA QOYDU

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iş yerində namaz qılmağa qadağa qoyub. Bu barədə Tia.az-a meriyanın əməkdaşları məlumat veriblər. Onlar bildiriblər ki, mer H. Abutalıbov işçilərin bəzilərinin iş yerində namaz qıldığını görüb və bundan ciddi şəkildə əsəbiləşib. İbadət edən şəxsləri yanına çağıraraq, iş vaxtı namaz qılmamaqla bağlı xəbərdarlıq edib. Bakı meri bunu işdə nizam-intizamın pozulması kimi qiymətləndirib. H. Abutalıbov meriyadaxili qərarına etiraz edə biləcək istənilən şəxsi işdən çıxaracağını açıqlayıb.

Qeyd edək ki., “Dini etiqad və vicdan azdlığı” haqqında qanuna əsasən Azərbaycanda hər kəsin öz etiqadını sərbəst şəkildə yerinə yetirmək hüquq tanınır.

Məsələ ilə bağlı Bakı meriyasının mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt