Əsas Səhifə > Ölkə, Manşet > FAZİL MƏMMƏDOV ŞİRVANDA GÖRÜŞ YOX, ŞOU KEÇİRDİ

FAZİL MƏMMƏDOV ŞİRVANDA GÖRÜŞ YOX, ŞOU KEÇİRDİ


23-08-2013, 14:52
FAZİL MƏMMƏDOV ŞİRVANDA GÖRÜŞ YOX, ŞOU KEÇİRDİ
REAL ŞİKAYƏTÇİLƏR QAPI DALINDA QALDI

DİA.AZ: - Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, mərkəzi icra hakimiyyəti rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu hələ də davam edir. Bildirək ki, növbəti belə qəbul Şirvan şəhərində vergilər naziri Fazil Məmmədov tərəfindən keçirilib.

Məlumata görə, nazir Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir və Ucar rayonlarından olan 70 nəfərdən çox vətəndaşı qəbul edib, onların problemləri ilə maraqlanıb, təkliflərini dinləyib.

DİA.AZ-a bu barədə daxil olan informasiyadan aydın olur ki, Şirvan şəhərində Fazil Məmmədovun görüşünə əslində 300-dən artıq adam gəlibmiş: «Amma hər şey icra başçısı Mərdan Camalovun nəzarəti altında keçdiyindən real şikayətçilər Fazil Məmmədovla görüşə bilmədilər. Qabaqcadan öyrədilmiş adamlar nazirlə görüşə qatıldı ki, onlar da əsasən Fazil Məmmədova təşəkkür etmək üçün görüşə girmişdilər».

Mənbə iddia edir ki, hazırda elə Şirvan rayonundan olan 50-yə yaxın sahibkar qanunsuz vergi cərimələnməsindən şikayətçidir və onlar hətta Şirvan şəhər icra hakimiyyəti işçilərinə pul da vermişdilər ki, nazirlə görüşə salınsınlar: «Amma bunların heç biri alınmadı. Mərdan Camalovun siyahısı ilə nazirlə görüş keçirildi və sonra bildirdilər ki, artıq görüş başa çatıb. Real şikayətçilərin səsini eşidən olmadı».

Onu da bildirək ki, Şirvandan olan sahibkarlardan biri hətta nazirlə görüşə bilməsi üçün yerli icra hakimiyyətinin bir əməkdaşına min manat pul verdiyini də iddia edir.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt