Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOV SEÇKİDƏN SONRAKI DÖVRƏ HAZIRLAŞIR

İSMƏT ABBASOV SEÇKİDƏN SONRAKI DÖVRƏ HAZIRLAŞIR


23-08-2013, 11:40
İSMƏT ABBASOV SEÇKİDƏN SONRAKI DÖVRƏ HAZIRLAŞIR
KTN ŞEFİNİN YAXIN ADAMI TÜRKİYƏDƏ MÜLK VƏ İŞLƏYƏN FABRİK ALIB

DİA.AZ: - Kənd Təsərrüfatı Naziri İsmət Abbasovla bağlı ilginc məlumatlar yayılıb. Bildirilənə görə, seçkidən sonra vəzifəsindən alınacağını bildirən KTN şefi əlindəki maddi imkanları ölkədən çıxarmaqla məşğuldur.

Bu barədə DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, bu günlərdə İsmət Abbasovun yaxın qohumlarından biri nazirin göstərişi ilə qardaş Türkiyənin İstanbul şəhərində boğaz mənzərəli bir mülk alıb.

Mənbə bildirir ki, KTN şefinin pullarını çıxarmasını sübutlayan yeganə fakt bundan ibarət deyil: «Təxminən iki ay əvvəl isə İsmət Abbasovun eyni adamları Dənizli şəhərində bir tekstil fabrikini satın alıblar».

Görünür, gedəcəyini bilən nazir bəri başdan özünə dolanışıq və yaşayış məkanı ismarlamaqdadır.

Geri qayıt