Əsas Səhifə > Siyasət, Manşet > DEPUTAT NAZİR OLMAQ İSTƏYİR

DEPUTAT NAZİR OLMAQ İSTƏYİR


10-01-2012, 14:05
DEPUTAT NAZİR OLMAQ İSTƏYİR

AZAD RƏHİMOVUN KÖLGƏSİNİ KİMLƏR QILINCLAYIR?

DİA.AZ: - Gənclər və İdman naziri Azad Rəhimova qarşı yeni mətbu kampaniya start götürə bilər. Bu barədə redaksiyamıza çox mötəbər mənbələrdən məlumat daxil olub. Hökumət içindəki qaynağın «Dünya» İnformasiya Agentliyinə bildirdiklərindən belə aydın olur ki, Azad Rəhimov əslində hakimiyyətin çox güclü çevrələrindən birinin hədəfindədir.

«Naziri birbaşa olaraq Prezident Administrasiyası hədəfə alıb» deyən mənbənin sözlərindən belə aydın olur ki, burada PA-nın marağı əslində çoxdan var: «Hələ Əbülfəz Qarayevin Mədəniyyət və Turizm Naziri təyin olunması zamanı PA-nın boşalan Gənclər və İdman Naziri postuna öz namizədi var idi. Lakin müəyyən məsələlər Azad Rəhimovun bu posta təyin edilməsini şərtləşdirdiyindən PA rəhbərliyinin istəyi ürəyində qaldı».

Amma buna baxmayaraq, davamlı olaraq Azad Rəhimova qarşı kampaniyaların təşkil edildiyini bildirən mənbəmiz onu da qeyd etdi ki, PA-nın nazir postuna hətta konkret namizədi də var: «Millət vəkili Azay Quliyev PA-nın namizədi olaraq nazir postüuna iddalıdır və hətta onu nazirlik içində dəstəkləyən qüvvələr də var» .

Mənbəmiz bildirir ki, bu işdə PA-ya keçmiş Gənclər və idman naziri Əbülfəz Qarayev də dəstək verməkdədir: «Bu gün Əbülfəz Qarayevin köhnə kadrları Azad Rəhimovun devrilməsi yönündə səfərbər olunub. Və onlar da Azay Quliyevin nazir postuna gətirilməsi üçün çalışırlar».

Mövzu diqqətimizdədir.

Geri qayıt