Əsas Səhifə > Hadisə > AVROPADAN AZƏRBAYCANA CƏZA

AVROPADAN AZƏRBAYCANA CƏZA


10-01-2012, 13:55
AVROPADAN AZƏRBAYCANA CƏZA

ƏLİ KƏRİMLİ, ARİF HACILI, SƏRDAR CƏLALOĞLU VƏ QULAMHÜSEYN ƏLİBƏYLİNİN ŞİKAYƏTİ ÜZRƏ QƏRAR AÇIQLANDI

Avropa İnsan Hüquqları Məhkəməsi 2005-ci ildə deputatlığa namizəd olmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə bağlı yanvarın 10-da qərarını elan edib.

Adıçəkilən şəxslərin hamısı Avropa Məhkəməsinə azad seçki hüququnun pozulması və siyasi ayrı-seçkiliyə məruz qalmaları ilə bağlı müraciət etmişdi.

Vəkil Əsabəli Mustafayevin “Media forum” saytına verdiyi xəbərə görə, məhkəmə bütün şikayətləri təmin edib.

Məhkəmə Azərbaycan dövlətinin Əli Kərimliyə maddi ziyana görə 20 min avro, mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro ödəməsinə qərar verib.

Qulamhüseyn Əlibəyliyə isə Azərbaycan dövləti mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro ödəməlidir.

Arif Hacılı və Sərdar Cəlaloğlu ilə bağlı təyin olunan cərimələr eyni miqdardadır. Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan dövləti Arif Hacılı ilə Sərdar Cəlaloğluya ayrı-ayrılıqda mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 1600 avro ödəməlidir.


Geri qayıt