Əsas Səhifə > Cəmiyyət / Manşet > MİKAYIL CABBAROV DAHA 4 NƏFƏRLƏ BAĞLI QƏRAR VERİR

MİKAYIL CABBAROV DAHA 4 NƏFƏRLƏ BAĞLI QƏRAR VERİR


22-08-2013, 15:55
MİKAYIL CABBAROV DAHA 4 NƏFƏRLƏ BAĞLI QƏRAR VERİR
YENİ NAZİRDƏN В«MÜASİR STANDART»…

DİA.AZ: - Təhsil Naziri Mikayıl Cəbbərov şok dəyişiklik tədarükündədir. Bu barədə DİA.AZ-a TN-dəki qaynaqlar xəbər verib.

Mənbə iddia edir ki, təhsil naziri nazirliyin 4 əməkdaşına işdən alınacaqları ilə bağlı xəbərdarlıq edib: В«Əslində Mikayıl Cabbarov işinə bir növ müasir В«standartlara uyğunВ» şəkildə yanaşır. Yəni bağlı qapı arxasında iş görmür. Əvvəlcədən atacağı addımla bağlı məlumat verirВ».

Mənbə bildirir ki, adları В«qara siyahıВ»ya salınan nazirlik əməkdaşlarına qabaqcadan məlumat verilib: В«Onlar xəbərdarlıqlarını alıblar və yır-yığış tədarükündədirlər. Yaxın günlərdə qərar veriləcək. Vəzifələrindən alınacaq məmurlardan biri hazırda məzuniyyətdə olduğundan qərarın verilməsi yubadılırВ».

Onu da bildirək ki, mənbəmiz həmin şəxslərlə bağlı dolğun bilgiləri yaxın vaxtlarda rejdaksiyamıza çatdıracaq. Bizi izləyin…

Geri qayıt