Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ HƏSƏNOVDAN YAZMAQ DA QADAĞAN EDİLİB

ƏLİ HƏSƏNOVDAN YAZMAQ DA QADAĞAN EDİLİB


22-08-2013, 15:01
ƏLİ HƏSƏNOVDAN YAZMAQ DA QADAĞAN EDİLİB
BELƏ YERDƏ «BƏRƏKALLAH» DEYƏRLƏR…

DİA.AZ: - Dünən məlumat verərək bildirdik ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Almaniyada ürəyindən əməliyyat olunub. Bildirək ki, artıq PA rəsmisinin durumunun qənaətbəxş olduğu söylənilir və onun yaxın günlərdə Bakıya gələcəyi də deyilir.

Amma burada maraqlı məqamlar var. Söhbət baş verən hadisəə mətbuatın münasibətindən gedir. DİA.AZ bildirir ki, nədənsə KİV-lərimiz Əli Həsənovun sağlıq durumu ilə bağlı məlumatların ictimailəşdirilməsinə heç bir maraq göstərmədilər. Əslində bunun səbəbləri bizlərə aydındır.

Bu barədə danışan mənbəmiz də bildirir ki, Əli Həsənov mövzusu bu gün onun çətiri altında formalaşan MƏTBUAT üçün qapanmış olduğundan hətta onunla bağlı xəbərlərin yayılmasına belə qadağa var: «Buraya həm birbaşa olaraq Əli Həsənovdan təlimat alan media daxildir, həm də KİVDF və müxtəlif xətllərlə Əli Həsənovun «mükafatına» layiq görülənlər var».

Mənbəmizə görə, bu gün Əli Həsənovun açıqlamalarını qorxa-qorxa səhifələrinin ən mübarək yrində yerləşdirən müxalif KİV-lər belə Ramiz Mehdiyev, Ziya Məmmədov, Kəmaləddin Heydərov kimi fiqurları ən sərt ifadələrlə belə təqdim etməkdə azad olsalar da, Əli Həsənovla bağlı eyni dərəcədə azadlığa malik deyillər: «Elə buna görə də onlar Əli Həsənovun xəstələnməsi barədə xəbəri yaymağa belə səy göstərmədilər. Çünki bu, onlara qadağan edilib».

Geri qayıt