Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: ƏLİ İNSANOV RAMİZ RZAYEVİ MƏHKƏMƏYƏ VERİR
ŞOK: ƏLİ İNSANOV RAMİZ RZAYEVİ MƏHKƏMƏYƏ VERİR22-08-2013, 12:03 |
SABİQ NAZİR MƏHKƏMƏ QƏRARLARININ İCRA EDİLMƏMƏSİNDƏN NARAZIDIR DİA.AZ: - Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov Avropa Məhkəməsinin onunla bağlı qərarının yerinə yetirilməməsi ilə əlaqədar bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayıb. Məhkəmə İnsanovun işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti keçmiş nazirə 10 min avro kompensasiya da ödəməlidir. DİA.AZ bildirir ki, Əli İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. O, öncə dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilib, sonra ittiham dəyişdirilərək iqtisadi cinayətlərlə əvəz olunub. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib. Vəkil Toğrul Babayev “Turan”a bildirib ki, Avropa Məhkəməsinin qərarı iyunun 14-də qüvvəyə minib. “Azərbaycanın daxili qanunvericiliyinə görə Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan 3 aydan gec olmayaraq Ali Məhkəmənin sədri tərəfindən hakimlərdən birinə təqdim edilməli və plenuma çıxarılmalıdır. Lakin vəkillər iyulun 10-da Avropa Məhkəməsinin qərarının Ali Məhkəməyə təqdim etməsinə baxmayaraq işin Ali Məhkəmənin plenumuna çıxarılması ilə bağlı Əli İnsanova indiyədək hər hansı rəsmi məlumat verilməyib”. “Əli İnsanov hesab edir ki, Avropa Məhkəməsinin qərarının Ali Məhkəmənin plenumuna çıxarılmaması ona qarşı son 9 ildə aparılan siyasi sifarişin tərkib hissəsidir. Məqsəd İnsanovun həbsdə saxlanmasını uzatmaqdır”, vəkil qeyd edib. İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevdən xahiş edir ki, Avropa Məhkəməsinin qərarı yubadılmadan Ali Məhkəmənin plenumuna çıxarılsın. Əks təqdirdə Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı məhkəmədə iddia qaldıracaq və Avropa Şurası Nazirlər Komitəsinə müraciət edəcək. Öz növbəsində Ali Məhkəmənin Plenumunun katibliyindən “Turan”a bildiriblər ki, Əli İnsanov barədə Avropa Məhkəməsinin qərarı ilə bağlı hər hansı iş plenumun katibliyinə daxil olmayıb. Geri qayıt |