Əsas Səhifə > Siyasət, Manşet > MİLLİ ŞURANIN VAHİD NAMİZƏDİ MÜKAFATINI ALIB
MİLLİ ŞURANIN VAHİD NAMİZƏDİ MÜKAFATINI ALIB22-08-2013, 11:48 |
RÜSTƏM İBRAHİMBƏYOVA SANKT-PETERBURQDA BAHALI STUDİYA AÇIBLAR DİA.AZ: - Artıq vahid namizədliyi belə sual altına düşən, tanınmış rejissor Rüstəm İbrahimbəyovla bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Xəbərə keçməzdən öncə bir neçə gün əvvəl baş vermiş bir olayı xatırladırıq. Belə ki, «Facebook»da jurnalistlərdən biri «Rüstəm İbrahimbəyova zəng edib, ondan seçkilərlə bağlı soruşmaq istədim, cavab verdi ki, montajdayam, bir neçə gün məşğul olacam» şəklində bir status paylaşmışdı ki, bu hadisə də böyük rezonansa nədən oldu. Yəni qosqoca müxalifətin namizədi əgər seçkidən danışmağa vaxt ayırmırsa, demək, bu kino çoxdan bitib… Elə belə də oldu. Milli Şurada toplaşanlar, Rüstəm İbrahimbəyovun çətiri altına yığılanlar da anladılar ki, ondan onlara yar olmaz. Ona görə də Müsavat başqanının xeyli əvvəl israrla, hətta hücum hədəfinə çevrilməsini göz önünə gətirərək etdiyi təklifi hazırda bütün Milli Şura heyətinin ümumi mövqeyinə çevrilib. Yəni söhbət ehtiyat namizəd məsələsindən gedir. Məsələ isə bunda deyil. Redaksiyamıza Rüstəm İbrahimbəyovun montaja olan həvəsilə bağlı məlumat daxil olub. DİA.AZ-a Rusiyadakı soydaşlarımızın bildirdiklərindən belə aydın olur ki, qocaman Azərbaycan müxalifətini 2013-cü il seçkilərində faktiki olaraq seytnot vəziyyətinə salması münasibətilə Rüstəm İbrahimbəyov artıq Kreml tərəfindən mükafatlandırılıb. Mənbənin söylədikləri: «Rüstəm İbrahimbəyova Santk-Peterburqda böyük bir montaj studiyası qurulur. Bu studiyanın imkanları hətta Hollivudun özündən deyən studiyalarını belə üstələyəcək». Mənbəmiz artıq bununla bağlı xeyli addımın atıldığını bildirməklə yanaşı, onu da əlavə etdi ki, studiyanın maliyyəsi Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri Abbas Abbasova yaxın dairələrdən ayrılıb. Hər halda, bu fakt çox şeyin izahıdır. Geri qayıt |