Əsas Səhifə > Ölkə > AYƏTULLAH RAFİQ TAĞININ QƏTLİNİ BOYNUNA ALDI

AYƏTULLAH RAFİQ TAĞININ QƏTLİNİ BOYNUNA ALDI


9-01-2012, 18:31
AYƏTULLAH RAFİQ TAĞININ QƏTLİNİ BOYNUNA ALDI

AYƏTULLAH CAVAD LƏNKƏRANİ NƏYİ İZAH ETMƏK İSTƏYİB?

Ayətüllah Cavad Lənkərani atası, mərhum ayətüllah Məhəmməd Lənkəraninin yazar Rafiq Tağının qətlilə bağlı fiqhi hokmü barədə açıqlama verib.

Cavab konkret olaraq R.Tağının qətlilə bağlı yox, bütünlükdə mürtədlik barədə fikirləri əhatə edir. Belə ki, son zamanlar bu məsələ ilə bağlı çoxsaylı məktublar aldığını yazan C.Lənkərani bütün məktublara bir məktubla cavab vermək istədiyini bildirir. Bu açıqlama 20 səhifədən ibarətdir, əksəriyyəti “mürtədlik”lə bağlı ayrı-ayrı alimlərin əsərlərinə, təfsirlərinə istinadən bu hökmü əsaslandırmaq cəhdidir.

C.Lənkərani hər hansı cavabdan öncə “mürtədin qətlinin vaciblik hökmünü keçmiş və son fəqihlərin heç birinin tərəddüd etmədiyi, əhli-sünnə və ya əhli-şiə arasında yekdil hökmlərdən birir olması” adlandırır. C.Lənkərani mürtədin qətlinin vacibliyini “ilahi qanun” sayır. Daha sonra C.Lənkərani mürtədin qətlinin Qurana əsaslanmaması kimi fikirləri rədd edərək “bu güman əhli-sünnədən başlanıb” kimi bəyanat verir. “Doğrudur, “Quran”da mürtədin qətlinin vacibliyi ilə bağlı tam aydın ayə yoxdur, mürtədin qətlinin vacibliyi ilə bağlı rəvayətləri, icmanı, zərurəti bir kənara qoyaraq yalnız “Quran”a istinad etsək onun sübutu çətindir”-deyə mövqe bildirir. Bundan sonra C.Lənkərani bu hokmü əsaslandırmaq üçün Musa peyğəmbərin yəhudilərlə münasibətləri barədə fikirlərini izah edir.

C.Lənkərani daha sonra dindən çıxaraq kafir olanlar barədə danışır ki, bunun da konkret bu məsələyə aidiyyatı yoxdur. Daha sonra C.Lənkərani qətli “Bəqərə” surəsindəki “fitnə salmaq qətldən daha pisdir” ayəsilə əsaslandırmaq istəyir ki, bu məsələ də analşılmır. “Əgər “Quran”ın mürtədin dünyəvi cəzaya layiq olması ilə bağlı heç bir işarəsi olmadığını qəbul etsək belə, bu müddəa məlum hökmə heç bir zərbə vurmur. Çünki bir çox şəriət hökmləri Quranda gəlməmişdir”-deyə C.Lənkərani qətl hökmünə bəraət qazandırmağa cəhd edir. C.Lənkərani Rafiq Tağının yazıları dəfələrlə tərcümə olunub, oxunduqdan belə bir fitva verildiyini təsdiqləyir. “İrad tutanlar ya islamı qəbul etməlidirlər, ya da insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaları, bunların ikisini bir yerə sığışdırmaq mümkün deyil.Hazırkı dövrdə islamı insan hüquqları konvensiyalarına uyğun olaraq izah etmək istəyirlərsə bu islamı inkar etməkdir”-deyə C.Lənkərani insan haqları ilə islamın uyuşmaz olduğunu iddia edir. C.Lənkərani mürtəd və peyğəmbəri söyənlə bağlı hökmün icrasına bütün müəslmanların məsuliyyət daşıması iddiasını da ortaya qoyur.

Geri qayıt