Əsas Səhifə > Hadisə > TÜRKİYƏDƏ AZƏRBAYCANLI İŞ ADAMINI GÜLLƏLƏDİLƏR
TÜRKİYƏDƏ AZƏRBAYCANLI İŞ ADAMINI GÜLLƏLƏDİLƏR21-08-2013, 11:37 |
Azərbaycanlı iş adamı Əli Həmidov naməlum şəxslər tərəfindən İstanbulda güllələnib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bahçeşehir Şelale küçəsindəki lüks yaşayış komplekslərindən birində baş verib. İş adamının rusiyalı dostu 29 yaşlı Asiyat Alaşev isə ağır yaralanıb. 41 yaşlı iş adamı dostu ilə hovuzda istirahət edən zaman içəri girən 6 nəfər onlara hücum edib. Silahlı şəxslər iş adamlarını silah gücünə hovuzdan çıxardıqdan sonra dəyənəklə döyüblər. Kompleksin təhlükəsizlik əməkdaşlarını da təhdid edən silahlı şəxslər Həmidov və Alaşevi güllələyərək hadisə yerindən uzaqlaşıblar. Həmidov Esenyurt Dövlət Xəstəxanasında həyatını itirib. Alaşevin isə vəziyyətinin ağır olduğu deyilir. Əli Həmidov Türkiyədə tikinti biznesi ilə məşğul olurdu. Geri qayıt |